Qərbi Azərbaycan İcmasında Prezidentin çıxışındakı strateji istiqamətlər müzakirə olunub
Noyabrın 13-də Qərbi Azərbaycan İcmasında Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Qərbi Azərbaycan məsələsi ilə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr aparılıb. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclasda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov Prezident İlham Əliyevin çıxışlarında Qərbi Azərbaycan məsələsinə xüsusi önəm verdiyini vurğulayıb. O, dövlətimizin başçısının bu mövzuda verdiyi mesajların tarixi ədalətin bərpası və azərbaycanlıların doğma torpaqlarına dinc yolla qayıdış hüququ baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.
Daha sonra çıxış edənlər – AMEA-nın müxbir üzvü Misir Mərdanov, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Məlahət İbrahimqızı, Şahin İsmayılov, professorlar Vahid Novruzov, Vaqif Şadlinski, Mahirə Nağıqızı, akademiklər Nizami Cəfərov, Rasim Əliquluyev – Prezident İlham Əliyevin çıxışındakı konseptual baxışların milli ideologiya, tarix, mədəniyyət, elmi fəaliyyət və gənclərin maarifləndirilməsi üçün vacib olduğunu qeyd ediblər.
Natiqlər Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirləri Azərbaycanın milli maraqları baxımından mühüm siyasi bəyanat kimi dəyərləndiriblər və İcmanın bundan sonra fəaliyyətini dövlətimizin başçısının müəyyən etdiyi strateji istiqamətlərə uyğun davam etdirəcəyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB