"Əgər əvvəllər Azərbaycanla Türkiyə münasibətləri, dostluq və qardaşlıq əlaqələri bütün dünyaya nümunə idisə, bu gün artıq Türkiyə, Pakistan və Azərbaycan arasında formalaşan dostluq və qardaşlıq münasibətləri bütün dünyaya örnək olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
.jpg)
O bildirib ki, xüsusilə vurğulamaq lazımdır ki, son illərdə həm Türkiyə, həm də Pakistanla Azərbaycanın əlaqələri ən yüksək zirvəyə çatıb: "Bunun bariz nümunəsini biz noyabrın 8-də Azadlıq Meydanında keçirilən və tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş hərbi paradda gördük və buna şahid olduq.
Xüsusilə də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri cənab Şahbaz Şərifin paradda iştirakı, Azərbaycanın uğurları ilə bağlı səsləndirdikləri yüksək fikirlər və verdikləri dostluq və qardaşlıq mesajları bu münasibətlərin ən yüksək göstəricisidir. Türkiyə və Pakistan hərbçilərinin Azərbaycan hərbçiləri ilə birgə addımlaması isə qürurverici bir hadisə idi.
Bu parad və ümumilikdə münasibətlər həm siyasi, həm də hərbi baxımdan dünyaya verilmiş mühüm mesaj idi: qardaş ölkələr istər xoş, istərsə də çətin günlərdə hər zaman bir-birinin yanındadır. Dost və qardaş ölkələrin liderlərinin və hərbçilərinin bu paradda iştirakı dünyada analoqu olmayan, bənzəri tapılmayan bir hadisə idi.
Təbii ki, Türkiyə və Pakistanla münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələr siyasi, hərbi, iqtisadi, mədəni və sosial bütün sahələri əhatə edən dərin dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Həm Azərbaycan, həm Türkiyə, həm də Pakistan rəhbərlərinin şəxsi dostluğu və qarşılıqlı hörməti bu əlaqələrin inkişafında mühüm rol oynayır.
Gələcəkdə də əminliklə demək olar ki, bu münasibətlər daha da güclənəcək və hər bir Azərbaycan vətəndaşı, eləcə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşları, xüsusilə pakistanlı qardaşlarımız bu münasibətlərdən qürur və fəxarət hissi keçirirlər. Bu da bütün dünyaya verilən güclü bir mesajdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB