“Ötən əsrin sonunda Sovetlər birliyinin iflası siyasi xəritəyə çıxan yeni milli respublikaları ağır imtahanlar qarşısında qoydu”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, 1991-ci ilin 30 avqust və 18 oktyabrında elan olunan Konstitusiya bəyannaməsi və Aktı xalqımızın faktiki azadlığını, siyasi müstəqilliyini özündə ehtiva etsə də torpaqlarımızın işğalı natamam suverenlik yaratdı: “Elə həmin sənədlərdə Ana qanunun hazırlanması qarşıya vəzifə kimi qoyulmuşdu. Lakin bir-birini əvəzləyən hakimiyyətlər dövlətimizin konstitusion saslarını yarada bilmədilər. Ona görə də milli Konstitusiyamız müstəqilliyin elanından düz 4 il sonra, 1995-ci ildə ölkəmizdə hərbi-siyasi xaosa son qoyulduqdan sonra gerçəkləşdi. Beləliklə, bəşəri dəyərləri, insan hüquq və azadlıqlarını 20 faiz ərazi itkisi, 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində bəyan etmişiksə, deməli, Ana Qanunumuz işğala qarşı ilk ümumxalq proqramıdır, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizəmizin hüquqi, siyasi və hərbi Baş planıdır.
1995-ci il iyunun 5-də Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından 12 noyabr referendumuna qədər sənədin ümumxalq müzakirələrinə şəxsən özü rəhbərlik etdiyi üçün Konstitusiyamızın banisi Ulu öndərdir. Ana Qanunumuz Heydər Əliyevin dövlət kitabıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB