Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü...
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.
Prezident İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı, birgə foto çəkdirildi.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
-Hörmətli dövlət və hökumət başçıları.
Əziz dostlar.
Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.
İlk növbədə, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm.
Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.
Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.
Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.
Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.
Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.
Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.
2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.
Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.
Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.
Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.
Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.
Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.
Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.
Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm.
Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.
Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
Sağ olun.
x x x
Zirvə Görüşü digər dövlət və hökumət başçılarının çıxışları ilə davam edib.
Göstərilən qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov dedi: “Cənab Baş katib, hörmətli dövlət başçıları. Əvvəlcə mən İlham Heydər oğlu Əliyevə və qardaş Azərbaycan xalqına göstərilən qonaqpərvərliyə və bu görüşün keçirilməsinə görə təşəkkür edirəm. Qəbələ iki min illik tarixə malik qədim bir şəhərdir və bizim burada yığışmağımız heç də təsadüfi deyil. Oktyabrın 3-də 16 illiyi tamam olan Naxçıvan Sazişi olduqca vacib bir sənəddir. Bu qısa dövr ərzində təşkilatımız dinamik şəkildə inkişaf edib və regional səviyyədə nüfuzunu gücləndirib”.
Qırğızıstan Prezidenti ölkəsinin hər zaman sülhün, sabitliyin və mehriban qonşuluğun tərəfdarı olduğunu vurğulayaraq bildirib: “Biz Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın Baş naziri arasında imzalanmış Birgə Bəyannaməni alqışlayırıq. Bu, hər iki ölkənin siyasi rəhbərliyinin iradəsini göstərir və bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və etimad qurulacaq. Bu sahədə Zati-aliləri İlham Heydər oğlu Əliyevin məhz sülh prosesinə olan töhfəsini xüsusi qeyd etmək istəyirəm”.
Prezident Sadır Japarov 2026-cı ildə Dünya Köçəri Oyunlarının ölkəsində keçiriləcəyini vurğuladı və Zirvə Görüşünün iştirakçılarını fəxri qonaq qismində həmin Oyunlara dəvət etdi.
“Bu Zirvə Görüşü çərçivəsində Qırğız Respublikası təşkilata sədrliyini başa çatdırır və onu qardaş Azərbaycana ötürür. Əminəm ki, Azərbaycanın sədrliyi çərçivəsində təşkilat öz inkişafını davam etdirəcək və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Eyni zamanda, türk xalqlarının firavanlığına yönəlmiş bütün təşəbbüslər inkişaf edəcək”, - deyə Sadır Japarov bildirib.
x x x
Türkdilli xalqlar arasında birliyin və əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür etdi. Qazaxıstan Prezidenti Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində imzalanmış Birgə Bəyannaməni tarixi addım adlandıraraq dedi: “Mən Azərbaycan ilə Ermənistan arasında sülhlə bağlı Birgə Bəyannamənin imzalanmasını təqdir etmək istəyirəm və inanıram ki, bu, 30 il davam edən münaqişənin həllində mühüm tarixi addım olacaq. Bu gün mövcud geosiyasi vəziyyətin fonunda türk dövlətləri arasındakı birlik çox vacibdir. Əziz qardaşlar, məşhur Azərbaycan şairi Bəxtiyar Vahabzadə vaxtilə qeyd etmişdir ki, “Türkün türklə ədavətə haqqı yoxdur”. Bizim ağsaqqalların dedikləri bu kimi sözləri çox yüksək tutmalı və türk dövlətlərini bir araya gətirməkdə əlimizdən gələni etməliyik. Növbəti sədrlik bizim azərbaycanlı qardaşlarımıza keçir. Bu işdə Prezident İlham Əliyevə təşəkkür edir və uğurlar diləyirəm”.
Kasım Jomart Tokayev Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında yaradılmış yaşıl enerji dəhlizini Türk dünyasında uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.
x x x
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında türk xalqlarının mədəni irsini qorumaqla yanaşı, süni intellekt texnologiyalarını da fəal şəkildə inkişaf etdirəcək böyük türk dili modelinin tətbiqinin vacibliyindən danışıb. O, həmçinin ölkəsinin Cənubi Qafqazda baş verənləri izlədiyini, bölgədə sülhə və sabitliyə töhfə verəcək addımların əhəmiyyətini vurğulayaraq deyib: “Azərbaycan ilə Ermənistan arasında avqustun 8-də imzalanan Birgə Bəyannaməni bu baxımdan xeyirli addım olaraq görür, davamının gəlməsini arzulayırıq. Bu gün bir daha türk dövlətləri olaraq aramızdakı həmrəylik, qarşılıqlı hörmət və qardaşlıq ruhu ilə gələcəyə əmin addımlarla irəlilədiyimizi göstərdik. Biz böyük Türk dünyasını daha da gücləndirərək övladlarımıza miras qoyacağıq. Bir azdan imzalayacağımız Qəbələ Bəyannaməsinin və qəbul edəcəyimiz qərarların Türk dünyası başda olmaqla, bütün dost və qardaş ölkələrə xeyirli olmasını diləyir, Azərbaycana və dəyərli qardaşım hörmətli Əliyevə mükəmməl ev sahibliyi üçün yenidən təşəkkürümü çatdırır, Türk Dövlətləri Təşkilatının üzvü olan dost və qardaş ölkələrin xalqlarına ən səmimi sevgilərimi göndərirəm”.
x x x
Türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat əlaqələrinin inkişafı istiqamətində atılan addımların əhəmiyyətini qeyd edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinə toxunaraq bildirdi: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə yüksəksəviyyəli təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edirəm. Sizin təşəbbüsləriniz sayəsində biz son illərdə Azərbaycanın müxtəlif guşələrini ziyarət etmişik. Bu gün biz gözəl Qarabağın inkişafının, Şuşa, Xankəndi və Ağdam şəhərlərində həyata keçirilən işlərin şahidiyik. Biz Sizin yaxın dostlarınız kimi bu inkişafa olduqca sevinirik. Heç bir mübaliğəsiz demək olar ki, Ermənistanla imzaladığınız sülhlə bağlı Birgə Bəyannamə məhz Sizin siyasi iradəniz sayəsində mümkün olmuşdur və bu, türk dövlətlərinin birgə nailiyyətidir. Bu Bəyannamə ilə iqtisadiyyat, ticarət, nəqliyyat və humanitar sahələrdə də geniş əməkdaşlıq imkanları açılır”.
x x x
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov hazırda dünyadakı vəziyyət fonunda ölkələrimiz arasında əməkdaşlığın, sülhün, sabitliyin və etimadın gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd etdi: “İlk növbədə, mən əziz qardaşım, Zati-aliləri İlham Heydər oğlu Əliyevə bu tədbirdə iştirak etmək üçün dəvətinə və mənə göstərilmiş səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.
Türk Dövlətləri Təşkilatı birgə tarixə, mədəniyyətə, irsə və dilə malik qardaş xalqları bir araya gətirir. Təşkilatın əsas hədəfi həmrəyliyi, dostluğu və qardaşlığı gücləndirmək, regional və beynəlxalq səviyyədə birgə fəaliyyəti təşviq etməkdir”.
x x x
Macarıstanın Baş naziri Viktor Orban çıxışında türk dövlətləri arasında bəşəri dəyərlərin qorunduğu, sabitliyin və qarşılıqlı inamın hökm sürdüyü bir mühiti müşahidə etməsindən məmnunluğunu bildirdi, dövlətimizin başçısının həyata keçirdiyi bərpaolunan enerji layihələrini, sülhə və əməkdaşlığa verdiyi önəmi vurğuladı. “Hörmətli cənab Prezident, Sizin heyrətamiz nailiyyətləriniz, iqtisadiyyatın inkişafı, bərpaolunan enerji resursları və bu sahəyə qoyulan sərmayə onun sübutudur ki, Mərkəzi Asiya regionu və bu region Avropa İttifaqının “qızıl ehtiyatı”dır. Cənab Prezident Əliyevə təşəkkür edirəm ki, Azərbaycanın ən mühüm qaz yatağında macar şirkətinin iştirakı üçün şərait yaratdı. Bu, bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Prezident Əliyevi və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz təkcə dost deyilik, biz strateji tərəfdaşıq”, - deyə Baş nazir əlavə edib.
x x x
Azərbaycanın qədim tarixi şəhəri olan Qəbələdə keçirilən Zirvə Görüşünə dəvətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərindən təşəkkür etdiyini bildirən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dedi ki, bu Zirvə Görüşünün ortaq tariximizə qızıl hərflərlə yazılmış Qarabağ Zəfərinin beşinci ildönümünə təsadüf etməsi mühüm məna daşıyır. “Qardaş Azərbaycanın qətiyyəti, cəsarəti və haqlı mübarizəsi ilə qazandığı bu Qələbə yalnız ərazilərinin işğaldan azad edilməsi deyil, ədalətin və milli qətiyyətin zəfəridir. Bu, böyük Türk dünyasının ortaq zəfəridir. Qarabağ Zəfəri bizə bir daha göstərdi ki, Türk dünyası birlikdə olanda hər çətinliyin öhdəsindən gəlmək mümkündür. Həmrəy şəkildə fəaliyyət göstərən türk dövlətləri yalnız öz təhlükəsizliyini deyil, regionda sülhün, sabitliyin və rifahın ən güclü təminatçısıdır. Şimali Kipr Türk Cümhuriyyəti olaraq biz Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olduq və bundan sonra da olacağıq. Biz eyni coğrafiyanın, eyni mədəniyyətin, eyni kökdən bəslənən ortaq tarixin mirasçılarıyıq. Biz bu gün yalnız bir araya gəlmirik, eyni zamanda, ortaq gələcəyimizi birlikdə formalaşdırırıq. Bu mühüm Zirvə Görüşündə bizi səmimi qonaqpərvərliklə qarşılayan Azərbaycan Prezidenti, Qarabağ fatehi cənab İlham Əliyevə bir daha təşəkkürümü bildirmək istəyirəm”, - deyə E.Tatar bildirdi.
x x x
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında qeyd etdi ki, qədim Qəbələ şəhərində bir araya gəlmək, xüsusilə də Azərbaycan ilə Ermənistan arasında sülhün nizamlanması ilə bağlı Birgə Bəyannamənin imzalanmasından sonra toplaşmaq çox mühüm rəmzi məna daşıyır. O dedi: “Hörmətli dövlət və hökumət başçıları, Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin təmin edilməsi tarixi əhəmiyyətə malikdir və bu, Türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək. Zəngəzur dəhlizinin açılması qədim İpək Yolunun bərpası ilə yanaşı, bizim ölkələr üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Çin, Qırğızıstan, Özbəkistan dəmir yolu layihəsi istismara verildikdən sonra Orta Dəhlizin strateji əhəmiyyəti daha da artacaq”.
“Bu gün Türk Dövlətləri Təşkilatı mühüm regional təşkilata çevrilir”, - deyən Baş katib Türk Universitetlər Birliyinin Daimi Katibliyinin və xüsusi proqram fondunun təsis edildiyini bildirdi və qeyd etdi ki, Azərbaycanın ianə etdiyi 2 milyon ABŞ dollarının bir hissəsi məhz bu layihənin maliyyələşdirilməsinə yönəldiləcək.
Azərbaycanın təşkilata sədrliyinin əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və qarşılıqlı tərəfdaşlığın inkişafında uğurlu olacağına əminliyini bildirən Kubanıçbek Ömüralıyev dedi: “Bu gün tərəfinizdən qeyd edilən vacib fikirlər və irəli sürülmüş təkliflər Qəbələ Bəyannaməsinə və bizim Katibliyin fəaliyyət planına daxil ediləcək. Tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Zati-aliləri cənab İlham Əliyevə bir daha təşəkkür edirəm”.
x x x
Zirvə Görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:
-Hörmətli həmkarlar.
Əziz dostlar.
Bugünkü müzakirələrə verdiyiniz dəyərli töhfələr üçün hər birinizə təşəkkür edirəm. Səsləndirilən bəyanatlar və fikirlər Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün əhəmiyyətli istiqamətləri müəyyən edir.
Təşkilatımızın Katibliyinə və Ağsaqqallar Şurasına ümumi işimizə verdikləri töhfəyə görə təşəkkürümü bildirirəm. Əminəm ki, bugünkü Zirvə Görüşü dostluğumuzu, qardaşlığımızı daha da gücləndirəcək.
Sağ olun!
x x x
Sonra Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Bəyannaməsinin imzalanması mərasimi oldu.
x x x
Daha sonra çıxış edən Prezident İlham Əliyev dedi:
-Əziz dostlar.
Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik.
Bu Zirvə Görüşü çərçivəsində məscidin təməlqoyma mərasimi nəzərdə tutulub.
İndi bütün qardaş ölkələrin rəhbərlərini təməlqoyma mərasiminə dəvət edirəm.
x x x
Sonra məscidin təməlqoyma mərasimi keçirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ronaldonun sevgilisinin 90 min dollarlıq çantası...
Sosial 04:05Polis Abşeronda əməliyyat keçirib: saxlanılanlar var
Hadisə 03:04Qazaxıstanın Baş naziri Bakıya gələcək
Siyasət 02:20Bakıda türkiyəli nazirlə görüş keçirilib
Sosial 01:05"Real" bu türk futbolçuya "elşi düşüb"
İdman 00:21Bu film 48 ildən sonra Dövlət Film Fondunun arxivinə daxil edildi...
Mədəniyyət 6 May 23:27CNN-in qurucusu 87 yaşında öldü
Dünya 6 May 23:18"Yol hərəkəti haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Sosial 6 May 22:28Uşaqlara zorakılıq edənlər 600 manat cərimələnəcək - YENİ QANUN
Sosial 6 May 22:17Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib - TƏCİLİ
Siyasət 6 May 22:05Porsche, Apple-ın ikonik libreyasını geri qaytarır…
Texnologiya 6 May 21:58Rolling Stones 25-ci studiya albomunun buraxılışını elan etdi...
Şou-Biznes 6 May 21:45Oğlunun otağından xorultu səsi eşidən ana onun həyatını xilas edib...
Maraqlı 6 May 21:34Termosun qapağı göz çıxardı: üç nəfər görmə qabiliyyətini itirdi...
Maraqlı 6 May 21:23Beyons və Kidman moda tədbirinin ənənəvi qaydalarını pozdular...
Mədəniyyət 6 May 21:14Anna Vintur Meqan Markl ilə münasibətlərinə niyə son qoydu..?
Dəb 6 May 21:05Səbəbi bilinməyən qaz səpgiləri ciddi xəstəliklərin əlaməti ola bilər...
Səhiyyə 6 May 20:53Bal həqiqətənmi bu qədər faydalıdır?
Səhiyyə 6 May 20:45Xüsusi avadanlıq olmadan əzələləri gücləndirmək üçün üsul...
Səhiyyə 6 May 20:34Mütəxəssis diş minasına zərər verəcək qidaları müəyyən edib...
Səhiyyə 6 May 20:24Nvidia şirkətinin baş direktoru: Süni intellekt çox sayda iş yeri yaradır...
Texnologiya 6 May 20:15Sirli lövhələr yazının mənşəyi haqqında anlayışımızı dəyişdirib...
Təhsil 6 May 20:03Qaraqum səhrasındakı Türkmən krateri sönə bilər...
Dünya 6 May 19:5490-cı illərin filmlərindən bu gün kəsiləcək ən yaxşı 5 səhnə...
Mədəniyyət 6 May 19:45Norveç köhnə qaz yataqlarını bərpa edir...
İqtisadiyyat 6 May 19:34“Bütün Ural dağları hay-küy və qəzəb içindədir...”
Dünya 6 May 19:23Tək bir texnologiya növü süni intellekt yarışının gedişatını necə dəyişdirir...
Texnologiya 6 May 19:14“Ruslar burada o qədər də populyar deyillər...”
Dünya 6 May 19:05ISW: Bu, Rusiyada 2007-ci ildən bəri baş verməyib...
Dünya 6 May 18:54ABŞ ordusu cəngəllik döyüş təlimlərini bərpa edib...
Dünya 6 May 18:45Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?
İqtisadiyyat 6 May 18:34Rusiya Misirə 27.000 ton oğurlanmış Ukrayna taxılını ixrac edib...
Dünya 6 May 18:23ABŞ Hərbi Hava Qüvvələrinin pilotları niyə tapança gəzdirirlər?
Dünya 6 May 18:15WSJ: Putin böyük bir Rusiya arzusunda idi, amma onu özü məhv etdi...
Dünya 6 May 18:03Azərbaycan sülhə və regional inkişafa töhfə verir
Siyasət 6 May 17:07Rusiya yenidən valyuta və qızıl alışına başlayacaq
Dünya 6 May 16:39Şahbaz Şərif-dən Donald Tramp-ın qərarına dəstək
Dünya 6 May 16:33DGK sədri Naxçıvanda vətəndaşları qəbul edib
İqtisadiyyat 6 May 16:303D dondurmaların orqanizmə hansı təsirləri var? - EKSPERT AÇIQLADI
Sosial 6 May 16:30Heydər Əliyev və mədəni dəyərlər mövzusunda konfrans keçirilib
Mədəniyyət 6 May 16:10Azərbaycan və Monqolustan prokurorluqları arasında memorandum imzalanıb
Siyasət 6 May 16:06Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
İqtisadiyyat 6 May 16:06Azərbaycanda loteriya ənənəsi: Nə dərəcədə təhlükəsizdir? - EKSPERT AÇIQLADI
Sosial 6 May 16:03“Seriallara bağlanmaq insanı yavaş-yavaş real həyatdan uzaqlaşdırır”
Köşə yazıları 6 May 15:46İran Hörmüz boğazından gəmilərin keçid qaydalarını dəyişdirib
Dünya 6 May 15:31Alimentə nəzarət lazımdırmı, yoxsa vicdan kifayətdirmi? - ARAŞDIRMA
Sosial 6 May 15:30Tehranda ticarət mərkəzi yanıb
Dünya 6 May 15:28Bəzi yerlərə intensiv yağış yağır
Sosial 6 May 15:26Türkiyə yeni Yıldırımhan qitələrarası ballistik raketini təqdim etdi
Dünya 6 May 15:22“Azərbaycanda balıq ovuna mövsümi məhdudiyyətlər tətbiq edilir” - EKOLOQ DANIŞDI
İqtisadiyyat 6 May 15:19“Avropa məkanında siyasi proseslər diqqət mərkəzindədir” - POLİTOLOQ DANIŞDI
Siyasət 6 May 14:52İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib
İqtisadiyyat 6 May 14:47Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin
İqtisadiyyat 6 May 14:46Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlıq modelidir - Vüqar Rəhimzadə
Siyasət 6 May 14:19“Heydər Əliyev jurnalist əməyinə hər zaman yüksək qiymət verirdi” - SORĞU
Siyasət 6 May 14:10Şərab içmək zərərli, yoxsa faydalıdır? - AÇIQLANDI
Sosial 6 May 14:08Çevriliş qorxusu
Dünya 6 May 14:08"Şahid" dronları üçün komponentlər haradandır?
Dünya 6 May 14:03Ruslar niyə rekord miqdarda antidepressant alır?
Dünya 6 May 13:57Kubaya neft daşıyan Rusiya tankeri "ilişdi"
Dünya 6 May 13:52Azərbaycan Moldova ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İqtisadiyyat 6 May 13:48Hörmüzdə fırtına - ANALİZ
Dünya 6 May 13:48İrəvan: Rusiyasız irəli! - RAKURS
Siyasət 6 May 13:23“Avropa Parlamentariləri erməni lobbisinin girovuna çevrilib” -DEPUTAT DANIŞDI
Siyasət 6 May 12:32Sabah 23 dərəcə isti gözlənilir
Sosial 6 May 12:18İki ölkə arasında tərəfdaşlıq davamlıdır" - ŞƏRH
Siyasət 6 May 12:04Sülhün Gerçəkliyi və Gələcəyin Strategiyası ŞƏRH
Siyasət 6 May 12:01Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Sosial 6 May 12:01“Yaxın Şərq münaqişələri logistikanı pozaraq nəqliyyat və sığorta xərclərini artırıb“ -TALEH KAZIMOV
İqtisadiyyat 6 May 11:58"Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır" - ŞƏRH
Siyasət 6 May 11:53“2026-cı ilin ilk 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artıb” -TALEH KAZIMOV
İqtisadiyyat 6 May 11:35“2026-cı ilin mart ayında 12 aylıq inflyasiya 5.6% təşkil edib” -TALEH KAZIMOV
İqtisadiyyat 6 May 11:29"Ətraf mühitin qorunması üçün texnologiya mühümdür" - EKOLOQ
Sosial 6 May 11:29İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Siyasət 6 May 11:19Özəl xəbərlər
Digər xəbərlərRusiya yenidən valyuta və qızıl alışına başlayacaq
Dünya 6 May 16:39Şahbaz Şərif-dən Donald Tramp-ın qərarına dəstək
Dünya 6 May 16:333D dondurmaların orqanizmə hansı təsirləri var? - EKSPERT AÇIQLADI
Sosial 6 May 16:30
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9951
+0,51%
-
GBP
2,3100
+0,55%
-
RUB
2,2513
-0,57%



