Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar - Nikol Paşinyan
Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar. SİA-nın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“Bu gün tarixi hadisə baş verib. Mən bir neçə aydır deyirəm ki, Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün deyə bilərik ki, sülh qurulub. Bu, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində qurulub", - o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə