Ermənistanda ekskavatora atəş açılmayıb...

Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu (Zəngəzur-red.) ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə