Azərbaycanda dövlətə məxsus PHŞ-lərə büdcə hesabına məqsədli vəsaitlərin ödənilməsi qaydası dəyişib
Prezident İlham Əliyev 25 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə