Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilir - YENİLƏNİB - FOTOLAR

Xankəndi şəhərində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilir. SİA xəbər verir ki, Qarabağ Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbər heyəti, xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə