Diplomatlar geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyaya təsirlərini müzakirə ediblər - FOTOLAR

ADA Universitetində keçirilən “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” adlı ikinci panel müzakirə baş tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, müzakirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevin əsas natiq qismində iştirak ediblər.

Panel çərçivəsində ticarət və investisiya perspektivləri, bu sahələrdə əməkdaşlığın şaxələndirilməsi, geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyamıza təsirləri, Azərbaycandan keçən nəqliyyat dəhlizləri üzrə mövcud təşəbbüslərin irəlilədilməsi, Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında bundan sonrakı fəal iştirakını şərtləndirən amillər və s. mövzular müzakirə olunub.

Natiqlər daha sonra tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə