Azərbaycanın İtaliyadakı səfirliyində 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qəbul keçirilib. SİA xəbər verir ki, mərasimdə müxtəlif ölkələrin səfirləri, hərbi attaşelər, zabitlər, diplomatlar, eləcə də İtaliyada yaşayan soydaşlarımız iştirak ediblər. Əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxışında 107 il əvvəl - 1918-ci il mayın 28-də ilk müsəlman Şərqində demokratik parlament respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyini bildirib, həmin il iyunun 26-da ilk nizami əlahiddə Azərbaycan Ordusu korpusunun yaradıldığını qeyd edib.
Diplomat deyib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa edəndə müstəqil ölkənin həyatının ilk illərində Ermənistanın ərazilərimizin 20 faizinin işğalına səbəb olan hərbi təcavüzü ilə qarşılaşıb. 1993-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətdə dönüş nöqtəsi olub. Məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dövlətin müstəqilliyinin qorunub saxlanmasına, işğal olunmuş torpaqların azad edilməsinə imkan verib.
Vurğulanıb ki, 30 ilə yaxın müddətdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qazanılan Qələbə asan olmayıb – bu, birliyin, fədakarlığın, strateji liderliyin və milli iradənin nəticəsidir.
Qeyd edilib ki, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunduğu, inkişaf edən, firavan və əməkdaşlıq mühitin olması istiqamətində fəal işləyir. Ədalətə, suverenliyə və qarşılıqlı hörmətə əsaslanan sülh təkcə Azərbaycana deyil, bütün qonşu ölkələr davamlı inkişaf gətirəcək.
Diplomat müstəqil Azərbaycanın ordu quruculuğundan, NATO ilə qarşılıqlı faydalı əməkdaşlıqdan, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələrdən söhbət açıb, Azərbaycanın Alyansın etibarlı tərəfdaşı kimi tanındığını qeyd edib. Bildirib ki, İtaliya 1918-ci ildə Azərbaycan Xalq cümhuriyyəti qurulduqdan sonra onu tanıyan, Bakıda diplomatik və hərbi mövcudluğunu yaradan ilk dövlətlərdən biri olub.
Hərbi attaşenin baş köməkçisi, ikinci dərəcəli kapitan Ruslan Xalıyev qeyd edib ki, Silahlı Qüvvələr Günü təkcə milli Ordumuzun yaranması günü deyil, həm də Silahlı Qüvvələrimizi müəyyənləşdirən şücaət, bağlılıq və birliyin qürurverici xatırlatmasıdır. O, Azərbaycan Silahlı Qüvvələrinin böyük yol keçdiyini bildirib, milli Ordumuzun bu gün nəinki vətəni müdafiə etdiyini, həm də qlobal sülh və sabitliyə fəal töhfə verdiyini deyib.
O, eyni zamanda, Vətən müharibəsindən, beynəlxalq hüquqa və milli qətiyyətə əsaslanan Qələbədən söz açıb, Azərbaycanın sülh, yenidənqurma və davamlı inkişafa sadiqliyini qeyd edib. Həmçinin Ordumuzun istər xaricdə sülhməramlı əməliyyatlarda, istərsə də daxildə birgə təlimlərdə qurduğu strateji əməkdaşlığın əhəmiyyətini vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170