“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb
Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.
SİA-nın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə