Fransa hökumətinin təbii fəlakət baş verən anda verdiyi sözlər boş vəd olaraq qalır - Qlobal Təzminat Hərəkatının Prezidenti

Fransa hökumətinin dənizaşırı ərazilərində baş verən təbii fəlakətlərlə bağlı hazır planı yoxdur. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq “Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə keçirilən mətbuat konfransında Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer deyib.

O bildirib ki, hər dəfə təbii fəlakətlərdən sonra Fransa hökuməti kömək edəcəyini desə də, bu, aldatma xarakterli olur.

“Onlar çıxış edir ki, sizə ancaq biz kömək edə bilərik. Bir növ gözdağı verirlər. Əvvəlcədən qurulmuş kommunikasiya var, sadəcə bizi susdurmaq istəyirlər ki, sizə yalnız biz kömək edə bilərik. Lakin bu sözlər yalnız boş vəd olaraq qalır. Bu, bizi sakitləşdirmək üçün formal xarakterli sözlərdən başqa bir şey deyil”, - o deyə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə