"Ermənistan konstitusiyasının dəyişdirilməsi bizim təklifimiz deyil" - Nizami Səfərov

"Ermənistanın müstəqillik haqqında bəyənnaməsində Qarabağın Ermənistana birləşdirilməsi haqqında çağırışlar var". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Nizami Səfərov deyib.

Onun sözlərinə görə, əgər Qarabağın Ermənistana birləşdirilməsi haqqında məsələ qalarsa, müharibə olacaq: "Sülhdən söhbət gedə bilməz. Cənab Prezidentin dediyi kimi, Ermənistan konstitusiyasının dəyişdirilməsi bizim təklifimiz deyil, obyektiv fikrimizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə