Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 37 il ötür. SİA xatırladır ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.
Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdilər. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.
1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 6 azərbaycanlının öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.
Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.
İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. Buna sübut olaraq demək olar ki, 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın "Sumqayıt hadisələri barədə ilk mənbələrdən" adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər.
Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.
1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib.
İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub. Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, "ermənilərə ölüm", "ardımca" və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb.
Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman - 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan Şəhər 1 saylı İstintaq Təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı "xidmətlərinə" görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.
İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin "Krunk" cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilib. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri "Krunk" cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, "Krunk" cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini "Krunk" cəmiyyətinə köçürüblər.
Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.
SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə antiazərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.
Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
"Əl-Nəsr” Avstriyadan qaçdı
İdman 04:50Xüsusi təyyarə ilə villasına dönərçi gətirtdi - FOTO
Şou-Biznes 03:27Hava limanına ballistik raketlə hücum etdilər
Dünya 02:30Mazda yeni büdcə idman avtomobili hazırlayır...
Köşə yazıları 01:08Alimlər Eynşteynin səhv olduğunu deyirlər...
Dünya 00:4581 il əvvəl Varşavada üsyanı başlamışdı...
Dünya 00:34Kərgədanları brakonyerlərdən qorumaq üçün yeni üsul tapılıb..?
Maraqlı 1 Avqust 23:53Kia yeni dizayna malik yenilənmiş 2026 Sportage modelini təqdim etdi
Texnologiya 1 Avqust 23:45Mikroplastiklərin bədənə daxil olan gözlənilməz yolu üzə çıxdı
Səhiyyə 1 Avqust 23:36Sürücü qaçaq yolla 65,5 min pulu sərhəddən keçirməyə cəhd edib
Maraqlı 1 Avqust 23:24Maykl Ceksonun qızı nişanlısı ilə nişanını kəsib...
Şou-Biznes 1 Avqust 23:16Lexus IS, RC və UX 300e modelləri ilə vidalaşdı
Texnologiya 1 Avqust 23:05Ruslar Sumidə dəmiryol stansiyasına hücum ediblər
Dünya 1 Avqust 23:02Abxaziyada yarıçılpaq ruslarla bağlı qalmaqal...
Turizm 1 Avqust 22:54Cəmi 30 dəqiqəyə qan təzyiqini aşağı salan tərəvəzin adı açıqlanıb...
Səhiyyə 1 Avqust 22:43Helsinkidə bir ildir ki, ölümcül avtoqəza baş verməyib...
Dünya 1 Avqust 22:36Səudiyyə yağış sularını toplamaq üçün 1000 bənd tikmək qərarına gəlib…
Dünya 1 Avqust 22:25Fransada rekord sayda pensiyaçı var...
Dünya 1 Avqust 22:14Yaşlılarda beyin zədəsinin ümumi səbəbi açıqlandı...
Səhiyyə 1 Avqust 22:04Meta bütün istifadəçilərə “şəxsi super kəşfiyyat” vəd edir...
Texnologiya 1 Avqust 21:56Venesiya turistlər üçün vergini artırır...
Turizm 1 Avqust 21:44Rusiya yaxınlığında ABŞ-ın iki atom sualtı qayığının yerləşdirilir...
Dünya 1 Avqust 21:41FOM: Rusların 78,4 faizi Putinə güvənir...
Dünya 1 Avqust 21:34t.A.T.u. Stinqin dəstəyi ilə dünya turuna hazırlaşır...
Şou-Biznes 1 Avqust 21:25Tramp: Rusiya - Ukrayna münaqişəsi Baydenin müharibəsidir
Dünya 1 Avqust 21:19Kamçatkadakı ən böyük buzlaq partlayan buxara çevrilə bilər
Dünya 1 Avqust 21:14Şimali Koreyanın nüvəsizləşdirilməsinə sadiqlik təsdiqlənib...
Dünya 1 Avqust 21:05Məhkəmə reklamlarda “yalnız müsəlmanlar üçün” ifadəsini qadağan edib...
Dünya 1 Avqust 20:54Rusiya nefti daşıyan tankerlər Hindistan sahillərində ilişib qalıblar...
Dünya 1 Avqust 20:43“Açıq qapı” günündə 400-dən çox abituriyent iştirak edib
Təhsil 1 Avqust 20:42Kür çayının sahilində iməcilik keçirilib
Sosial 1 Avqust 20:39“Təsadüfi ölüm deyə bir şey yoxdur...”
Maraqlı 1 Avqust 20:36Zoomerlər görüş zamanı pul xərcləmirlər..?
Maraqlı 1 Avqust 20:24Turist əfsanəvi Lo-Ness canavarının şəklini çəkib…
Maraqlı 1 Avqust 20:15Yeni 2026 Chevrolet Bolt-un ilk rəsmi fotoları dərc olunub…
Texnologiya 1 Avqust 20:04Alimlər keçəlliyi dayandıra bilən maddə tapıblar...
Səhiyyə 1 Avqust 19:54Maskın süni intellektli Qrok videolar yaratmağı öyrənəcək...
Texnologiya 1 Avqust 19:45İngiltərə klubu yeni qapıçı transfer edib
İdman 1 Avqust 19:36"Fənərbaxça" bu futbolçularla yollarını ayırır
İdman 1 Avqust 19:24Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri özündə ehtiva edir
Sosial 1 Avqust 19:17Putin Ukraynada sülhə nail olmaq üçün vaxt çərçivəsi haqqında danışıb
Dünya 1 Avqust 19:04Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...
Siyasət 1 Avqust 19:00Vans ABŞ-da rus qadının döyülməsinə münasibət bildirib
Dünya 1 Avqust 18:54Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda fəaliyyətini dayandırır
Siyasət 1 Avqust 18:51Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Hadisə 1 Avqust 18:49Azərbaycan klubu litvalı basketbolçunu transfer edib
İdman 1 Avqust 18:45Almaniyada orduda xidmət etmək istəyən gənclərin sayı artır
Dünya 1 Avqust 18:41Ukraynanın məqsədi bu il Rusiya ilə müharibəni bitirməkdir
Dünya 1 Avqust 18:35İranda oğurluğa görə məhkum edilmiş üç nəfərin barmaqları kəsilib
Dünya 1 Avqust 18:24Gürcüstan mətbuatı AZƏRTAC-ın bəyanatını yayıb
Sosial 1 Avqust 18:20Starmer və Zelenski Trampın Rusiyaya ultimatumunu tərifləyirlər..?
Dünya 1 Avqust 18:19Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb
Sosial 1 Avqust 18:13Belarus Ukrayna ilə sərhəddə xüsusi təyinatlılar briqadası yaradır...
Dünya 1 Avqust 18:04“Üfüq” Karyera İnkişaf Proqramının qalibləri mükafatlandırılıblar
İqtisadiyyat 1 Avqust 17:56Avropada qaraçı Holokostu qurbanlarının xatirəsi yad edilir
Dünya 1 Avqust 17:26Gözəllik təzyiqi: Sosial medianın görünməyən zəhəri - RƏYLƏR
Sosial 1 Avqust 17:20Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
İqtisadiyyat 1 Avqust 17:18AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb
Səhiyyə 1 Avqust 17:12"Dilə münasibətimiz həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətimizdir” - MÜNASİBƏT BİLDİRİLDİ
Mədəniyyət 1 Avqust 17:11Bakıda Əbdürrəhim bəy Haqverdiyev küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Sosial 1 Avqust 17:04AMB kredit kartları ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib
İqtisadiyyat 1 Avqust 16:55PUA Akademiyasının buraxılış mərasimi keçirilib
Siyasət 1 Avqust 16:46“Əlilliyi olan şəxslərin sosial adaptasiyası” layihəsi çərçivəsində tədbir keçirildi
Sosial 1 Avqust 16:41“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilib
Sosial 1 Avqust 16:36Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Sosial 1 Avqust 16:35Saleh Məmmədov Ağsuda vətəndaşları qəbul edib
Sosial 1 Avqust 16:34AQTA qarpız və yemiş məhsullarını monitorinq edib
Səhiyyə 1 Avqust 16:33“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Texnologiya 1 Avqust 16:29Ermənistanın dost və qaz problemi - PROQNOZ
Siyasət 1 Avqust 16:26Vəzifəlilərin məhkəməsi başlayır
Hadisə 1 Avqust 16:13Azərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanılıb
İqtisadiyyat 1 Avqust 16:06“Rəqqasə sənətçi deyil!!” – jurnalistdən saytlara İRAD
Sosial 1 Avqust 16:00Emin Əmrullayev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTOLAR
Təhsil 1 Avqust 15:50"Levski" - "Sabah" oyununun biletləri satışa çıxarılıb
İdman 1 Avqust 15:50Magistraturaya sənəd qəbulu müddəti uzadılıb
Təhsil 1 Avqust 15:38"Çelsi" futbolçusunu icarəyə verib
İdman 1 Avqust 15:32İcra prosesində yeni mərhələ
Siyasət 1 Avqust 15:25Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib
Səhiyyə 1 Avqust 15:21“Bundan sora bəzi "acgöz" təşkilatçılar dərs alacaq” - MÜĞƏNNİ DANIŞDI
Şou-Biznes 1 Avqust 15:17"Fransanın qətnaməsi sülh danışıqlarını çətinləşdirə bilər" - POLİTOLOQ ŞƏRH ETDİ
Siyasət 1 Avqust 15:12Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edib - FOTOLAR
Sosial 1 Avqust 15:11TƏXRİBAT - SÖZARDI
Siyasət 1 Avqust 15:09Nyu-York və Nyu Cersidə fövqəladə vəziyyət elan edilib
Dünya 1 Avqust 15:08"Qloballaşma müəyyən mənada əridici qazana çevrilə bilər" - SOSİOLOQ ŞƏRH ETDİ
Sosial 1 Avqust 15:01İsrailin yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib - FOTOLAR
Siyasət 1 Avqust 15:00Arif Babayev dəfn edildi - YENİLƏNİB/FOTOLAR
Mədəniyyət 1 Avqust 14:53Mərdəkanda ağaclıq ərazidə yanğın olub
Hadisə 1 Avqust 14:50Azərbaycanın qılıncoynatma millisi dünya çempionatında 13-cü olub
İdman 1 Avqust 14:4873 yaşlı qadın ayı hücumuna məruz qalıb - Dəhşətli hadisə
Dünya 1 Avqust 14:34Özəl xəbərlər
Digər xəbərlərGözəllik təzyiqi: Sosial medianın görünməyən zəhəri - RƏYLƏR
Sosial 1 Avqust 17:20"Dilə münasibətimiz həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətimizdir” - MÜNASİBƏT BİLDİRİLDİ
Mədəniyyət 1 Avqust 17:11“Bundan sora bəzi "acgöz" təşkilatçılar dərs alacaq” - MÜĞƏNNİ DANIŞDI
Şou-Biznes 1 Avqust 15:17"Fransanın qətnaməsi sülh danışıqlarını çətinləşdirə bilər" - POLİTOLOQ ŞƏRH ETDİ
Siyasət 1 Avqust 15:12Nyu-York və Nyu Cersidə fövqəladə vəziyyət elan edilib
Dünya 1 Avqust 15:08"Qloballaşma müəyyən mənada əridici qazana çevrilə bilər" - SOSİOLOQ ŞƏRH ETDİ
Sosial 1 Avqust 15:01
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9409
-0,16%
-
GBP 2,2433
-0,56%
-
RUB 2,1107
+0,66%