"İki prezident arasında görüş dünya miqyasında prossesləri dəyişə bilər" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
"Hesab edirəm ki, bu görüş dünya miqyasında prosseslərin gedişinə müsbət şəkildə təsir edə biləcək bir görüş olacaq. Əgər ABŞ-nin prezidenti Donald Tramp seçki qabağı təbliğat-təşviqat kompaniyasında səsləndirdiyi fikrlərə, verdiyi vəədlərə əməl etsə, yəni verdiyi vəədlər dedikdə o bildirirdi ki, dünyada müharibələr dayandırılsın, sülh yönümlü inkişafa nail olunsun". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, əgər Tramp sözünün üstündə dursa və vəədlərinə əməl etsə, seçim dövründə də, fəaliyyətə başladığı dövrdə də, fikrlər səsləndirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacaq və iki ölkənin sülh imzalaması üçün əlindən gələni edəcək. Bizim üçün isə maraqlı olan öz regionumuzdu. Cənubi Qafqaz regionunda Bayden vaxtında Ermənistanla imzalanmış müəyyən sənədlər əsasən ermənilərin silahlandırılması üçün nəzərdə tutulmuşdu. Mən düşünürəm ki, Trampla Putuin arasında baş tutan görüşdə həm də, Azərbaycan Ermənistan arasında olan sülh müqaviləsinidə müzakirə etsələr yaxşı ola bilər. Mən hesab edirəm ki, iki böyük dövlət arasında gərginliyin azalması, müəyyən məsələlərdə ortaq razılıqın olması, müəyyən bölgələrdə sülh yaranmasına, qan tökülməməsinə, müharibənin olmamasına səbəb olan ilklərdən biri olacaqdır. Trampın müəyyən fikrlərində xoşagəlməz hallarda var. Deyə bilərəm ki, Qəzza əhalisinin başqa yerlərə köçürülməsi ilə bağlı verilən açıqlama heç də düzgün bir addım deyildi".
Bütün xəbərlər Facebook səhifəmizdə