“ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşləri çox önəmlidir”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkili vurğulayıb ki, belə görüşlərin keçirilməsi prosesə ümumi töhfə verəcək: “Bu gün dünyada vəziyyət çox mürəkkəbdir, getdikcə müharibələrin eyni zamanda qarşıdurmaların qarşısı daha da artır. O mənada bu cür görüşlərə ehtiyac var. Dünyamızın müharibələrə yox, sülhə birlikdə yaşamağa, əmin-amanlığa ehtiyacı var. Dünyamız daha çox bunun üçün çalışmalıdır. Biz ümid edirik ki, tərəflər görüşərək, müzakirə edərək hansısa addımları atacaqlar. Çünki müharibənin bu qədər uzanması tərəflərin heç birinin marağında deyil. Bizim bölgəmiz və dünyamız üçün də yaxşı heçnə vəd etmir. Ümid edirəm ki, bu görüşdə Cənubi Qafqazla bağlı məsələlər müzakirə olunacaq. Bundan sonra ölkəmiz üçün önəmli olan qərarlarda qəbul ediləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə