İğdır Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək
Fevralın 26-da Türkiyənin İğdır əyalətinin eyniadlı universitetində “Xocalı faciəsi və Qarabağda qələbə” mövzusunda konfrans keçiriləcək. SİA xəbər verir ki, konfrans iştirakçıları Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə Ermənistan tərəfindən törədilən qanlı cinayətləri müzakirə edəcəklər.
Universitetin müəllimi Sozer Akyıldırım Ermənistan – Azərbaycan münaqişəsi və Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsi mövzusunda hesabatla çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə