Paşinyan ABŞ-dan nə istəyir? -POLİTOLOQ ŞƏRH ETDİ

"Bildiyimiz kimi hal-hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da səfərdədir. O ümid edir ki, ənənəvi dini tədbirdə ABŞ-ın prezidenti Donald Trampla görüşəcəkdir. Artıq Paşinyan xüsusi ilə antiazərbaycan mövqeyi ilə seçilən konqresmenlərlə görüş keçiribdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bunun özüdə ayrıca müzakirə preqmentidir. "Nəyə görə bəs Paşinyan antiazərbaycan mövqeyi ilə seçilən konqresmenlərlə görüş keçirib. Eyni zamanda Tramp adminstrasiyası təmsilçiləri ilə ABŞ Ermənistan münasibətləri, əməkdaşlığı əhatəsində də müzakirələr aparılıbdır. Bildiyimiz kimi hələ keçmiş prezident Co Baydenin admistrasiyası dövründə ABŞ-la Ermənistan arasında hər tərəfli strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Bu sənəd müxtəlif istiqamətlərdə ABŞ-la Ermənistan arasında əməkdaşlıqı nəzərdə tuturdu və ayrıcada bildiyimiz kimi Blinkenin səsləndirdiyi fikrlərə Ermənistan sərhədlərinə xüsusi sərhəd mühafizə dəstələri ABŞ tərəfindən göndəriləcəkdi. Bütün bunlar onu göstərir ki, Co Bayden admistrasiyası Tramp admistarsiyasını bir fakt qarşısında qoydu yəni demokratlar Ermənistanla gələcək əməkdaşlığı Tramp admistrasiyasının vəzifələrindən biri kimi müəyyənləşdirib getdilər. Demokratlarında başlıca məqsədi bildiyimiz kimi Ermənistan üzərindən Cənubi Qafqaz regionunda yenidən gərginlik yaratmaqdan ibarət idi. Məhz Co Baydenin dövründə ABŞ-la Ermənistan arasında hərbi sahədə xüsusi fəal əməkdaşlıq biz müşahidə etdik. Eyni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2024-cü ilin aprel ayının əvvəllərində də Brüseldə görüş keçirildi. Bu görüşdə Ermənistana təhlükəsizlik təminatlarının verilməsi əhatəsində müzakirələr olmuşdur. Bundan sonra biz gördü ki, Ermənistana daha fəal şəkildə Qərb tərəfindən dəstək göstərilməkdədir. Bütün bunlar onu göstərir ki, Qərb Ermənistanı Cənubi Qafqaz regionunda özünün geosiyasi fəaliyyətində bir alət kimi istifadə etmək niyyətindədir. Bunun müqabilində də Paşinyan höküməti sözsüz ki, Qərbdən Azərbayacan qarşı revanş etmək üçün dəstək tələb edir. Elə ABŞ-da görüşü zamanıda antiazərbaycan mövqeyi ilə seçilən konqresmenlərlə görüşdə hesab edirəm ki, bunun üçün hesablanmışdır”.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə