Azərbaycan Prezidentinin imzaladığı sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı təltif edilib. SİA xəbər verir ki, Sərəncamın mətnində deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Bayramova Rəfiqə Haley qızı
Əliyev Şücaət Adil oğlu
Həsənov Fərid Həsənbala oğlu
Hüseynov Həsən Ədalət oğlu
Müzəffərova Vüsalə Yaşar qızı
Səfərov Pərviz Mehman oğlu
Səttarova Şəlalə Ağası qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Bayramov Tokay Nəsib oğlu
Fərəcov Elmin İsa oğlu
Hümbətov Sirac Məhəmməd oğlu
Şərifova Aidə Mir Ağa qızı
Şirinova Gülnar Tahir qızı.
Bütün xəbərlər Facebook səhifəmizdə