Prezidentin Mətbuat Xidmətinin məlumatı

Litva Respublikasının Prezidenti Gitanas Nauseda dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. SİA xəbər verir ki, Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, xalqımızla həmrəyliyini bildirib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

Dövlət başçıları Cənubi Qafqaz regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, bu xüsusda Azərbaycan ilə Litva arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə