Nazir həmkarına münaqişədən sonrakı vəziyyət barədə məlumat verib - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramovla Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira arasında geniş tərkibdə görüş keçirilib. SİA xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı ikitərəfli və çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təmasların artırılması, əməkdaşlığın hüquqi bazasının inkişaf etdirilməsi və iki ölkə arasında təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.

C.Bayramov həmkarına regionda münaqişədən sonrakı vəziyyət barədə də məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə