Parlamentdə büdcə müzakirələri BAŞLAYIR

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasın gündəliyinə bir məsələ daxil edilib.

Komitə üzvləri “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.

Maliyyə Nazirliyinin oktyabrın 16-da verdiyi məlumata görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

2025-ci il dövlət büdcəsinin gəlirləri 38 316 000,0 min manat, xərcləri 41 367 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 520 952,0 min manat, yerli gəlirləri 795 048,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 567 265,0 min manat, yerli xərcləri 800 335,0 min manat) məbləğində təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə