“Müxalifət Gürcüstanda seçkilərdə gərginlik yaratmağa çalışacaq” - Tbilisi meri

Gürcüstan müxalifəti mümkün qədər seçki məntəqələrində gərginlik yaratmağa çalışacaq. SİA xəbər verir ki, bunu Tbilisi şəhərinin meri, hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze deyib.

“Bu gün uzunmüddətli perspektivdə ölkəmizin sülhə, sülhməramlılığa, iqtisadi inkişafa, tərəqqiyə və dirçəlişə əvvəlkindən daha çox ehtiyacı var. Seçim etmək çox asandır. Bir tərəfdə bizi birbaşa müharibəyə çağıran qüvvələr var. Bunlar ölkəyə və xalqa qarşı hər cür pisliyə, çirkinliyə cəsarət etməyə hazır olan qüvvələrdir”, - Kaladze ddeyib.

Gürcüstanda bu gün keçirilən parlament seçkilərində ümumilikdə 18 partiya iştirak edir, hakim “Gürcü arzusu” partiyası və müxalifət koalisiyası əsas namizədlər arasındadır. Tbilisidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə