“Azərbaycan dezinformasiyalarla bağlı lazımi addımlar atacaq” - PA RƏSMİSİ
“İnformasiyanın əldə edilməsi, emalı və yayılması asanlıqla həyata keçir. Lakin belə bir şəraitdə dezinformasiyaların yayılması da asanlaşır. Xüsusilə şanlı qələbəmizdən sonra ölkəmizə qarşı məqsədli şəkildə medianın bütün növlərində dezinformasiya yayırlar”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə deyib.
O bildirib ki, Azərbaycan Respublikasının VII çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı ölkə başçısı da informasiya təhlükəsizliyinin təmin edilməsinin hazırda vacib şərt olduğu bildirib: “Dövlət başçısının çıxışı Azərbaycan mediası qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan təkcə regional deyil, qlobal məsələlərin həllində də söz sahibidir. Ciddi sınaqlardan keçən Azərbaycan dezinformasiyaların yayılmasının qarşısının alınmasında da lazımi addımları atacaq. Milli medianın potensialının daha da gücləndirilməsi və dezinformasiyaların qarşısının alınmasında mövqeyimizi ortaya qoymalıyıq. Xüsusilə də COP29 ərəfəsində ölkəmizə qarşı dezinformasiyaların yayılmasına imkan verməməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə