Mümkünsüzü mümkün edən 44 gün Qalib Liderimizin diplomatik müstəvidə qələbəsidir

Bəli, bu gün sözü imzası qədər dəyərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının son 20 illik prezidentlik dövründə çoxəsrlik Azərbaycan tarixində xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən xalqın Prezidentin dediyi kimi: "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz". Çünki bu qələbə, uğurlu nəticələr məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Güclü ordu - güclü dövlət" strategiyasının konsepsiyanın nəticəsidir və bu üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Bir sözlə, ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev sözü imzası qədər dəyərli olan qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

Bir sözlə, sözü ilə əməli üst-üstə düşən, imzası qədər dəyərli olan Azərbaycan Prezidenti İlham Əliyev dediyi kimi: "Bizim sözümüz imzamız qədər keçərlidir, keçərli olduğu qədər həm də dəyərlidir". Çünki Qalib Liderimiz Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxşlarında bildirir: "Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm". Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Ali Baş Komandan indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi.

"Biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq", - deyən Ali Baş Komandan, Prezident İlham Əliyev iki il yarım ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb. Və bu gün işğaldan azad olunmuş torpaqlarda görülən uğurlu bərpa-quruculuq işləri göz önündədir. Artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən "Xarıbülbül" festivalı bərpa olunub. "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 20 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev cənablarının 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamı tarixi hadisədir.

Bəli, dövlət başçımızın söylədiyi kimi: "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz". Bu Qalib Liderin bütün dünyaya növbəti mesajı idi. Düz 30 il düşmən əsarəti altında qalan Qarabaımız Ali Baş Komandan, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə işğaldan azad olundu, torpaqların sahibləri öz torpağına sahib oldu. Bu gün isə Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Və dövlət başçımızın hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz. Çünki dövlət başçımızın dediyi kimi: "Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır". Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: "Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

44 gündə mümkünsüzü mümkün edən güclü Azərbaycan ordusudur

Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarında da dəfələrlə bildirmişdir ki, bu qələbə zamanında ordu sahəsində görülən işlərin nəticəsidir: "Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik".

Və son 20 il ərzində Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "Dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil. Bəli, artıq İkinci Vətən müharibəsinin qələbəsindən dörd il ötür. Dörd il böyük zaman kəsiyi deyil. Və qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca möhtəşəm və genişdir. Görünən odur ki, cəmi 44 günə torpaqlarımızı azad edən Prezident İlham Əliyev ermənilərin viran qoyduğu yurd yerlərimizi sürətlə cənnətə çevirir. Öz doğma yerlərinə qayıdacaq vətəndaşlarımız üçün indi ən mükəmməl həyat şəraiti yaradılır. Və bütün bu uğurlar isə Ali Baş Komandan, Qalib Lider, Prezident İlham Əliyev cənablarının siyasi iradəsinin göstəricisidir. Çünki bu gün diktə edən tərəf qalib Azərbaycandır, Qalib Lider Prezident İlham Əliyev cənablarıdır: "Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq".

Bəli, Qalib Liderimiz, Prezident İlham Əliyev cənablarının söylədiyi kimi: "Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi"

Eyni zamanda, mənfur düşmən də unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandar! Qarabağ cənnət məkanıdır!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə