Qubad İbadoğlu Əli Kərimliyə etiraz etdi ANALİZ

Nə qədər biabırçı hal, rüsvayçı məqam varsa, hamısı dağıdıcı müxalifət düşərgəsində yaşanmaqdadır. O mənada ki, onlar ən iyrənc vasitə və üsullardan istifadə etməklə cəmiyyətin maraqlarına qarşı qarayaxma kampaniyası aparmağa çalışırlar. Azad və demokratik şəraitdə başa çatan parlament seçkilərindən sonra dağıdıcı müxalifətin hay-küyü, şər və böhtanları daha geniş xarakter alıb. Seçkilərdən sonra COP29-un Bakıda keçirilməsinin planlaşdırılması dağıdıcı ünsürlərə və xaricdəki antimilli qüvvələrə ölkəmizin dünyada formalaşan müsbət imicinə kölgə salmaq üçün fürsət yaradıb. Ona görə də, hər gün dağıdıcı müxalifət və xaricdəki antimilli qüvvələr Azərbaycanla bağlı əsassız, heç bir fakta söykənməyən dezinformasiya xarakterli məlumatlar paylaşır, statuslar yazırlar. Bəzən utanıb çəkinmədən hüquq sisteminə şər atır, həbs olunan şəxslərə haqq qazandırmağa çalışırlar. Bu dəfə cinayət törədən və buna görə də həbs olunan Qubad İbadoğlunun və Fazil Qasımovun müdafiəsinə qalxıblar. Halbuki Q.İbadoğlu AXCP sədri Əli Kərimlinin mövqeyi ilə bölüşmür, onun siyasi fəaliyyətini dolayısı ilə qınayır. Fuad Qəhrəmanlı, Seymur Həzi, Cəmil Həsənli və digərləri isə üzləşdikləri mövzu qıtlığını aradan qaldırmaq üçün Q.İbadoğlu məsələsindən imtina etmirlər. Q.İbadoğlu isə onların maraqlarının nədən ibarət olduğunu anlayır və bu səbəbdən də haqqında söz-söhbətlərin aparılmasına qarşı çıxır. Görünən isə ondan ibarətdir ki, Q.İbadoğlunun nə düşündüyü AXCP-nin və Milli Şuranın xaricdən asılı olan troll dəstəsini maraqlandırmır. Onlar Q.İbadoğlu olayına siyasi material kimi baxır və bu materialdan istifadə etməyə çalışırlar.

Bir qədər sonra məlum olacaq ki, Ə.Kərimli T.Yaqublunu öz siyasi maraqlarının təmin edilməsi xətirinə müdafiə edir

Hər zaman Ə.Kərimlinin və dəstəsinin əsas fəaliyyətləri istənilən işlərinə yarayan məsələdən özəl siyasi maraqları üçün istifadə etmək olub. Xatırlatmaq lazımdır ki, real partiyasının sədri İlqar Məmmədov həbsxana həyatı yaşayan zaman AXCP və Milli Şura rəhbəri onun əsas müdafiəçisi rolunda çıxış edirdilər. İ.Məmmədov Ə.Kərimlinin səmimi olduğunu düşünüb, onunla əməkdaşlıq edirdi. Hətta həbsxanadan çıxdıqdan sonra Ə.Kərimliyə "əqidə dostum" dedi və bir məqamda onların təşkil etdikləri aksiyada iştirak edib, çıxış da etdi. Lakin məlum olanda ki, Ə.Kərimli Avropanın qaranlıq dairələrindən İ.Məmmədovun müdafiəsi qarşılığında 37 min avro qrant şəkilində pul alıb, o zaman İ.Məmmədov Ə.Kərimli ilə yollarını ayırdı. İndi bir -birinə düşmən kəsilən qatı rəqiblərdir. Eyni riyakarlığı Ə.Kərimli Əli İnsanova qarşı da nümayiş etdirib. Söz yox ki, Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqubluya qarşı da Ə.Kərimli ənənəvi maraqları prizmasından baxaraq yalançı görüntü ilə onu müdafiə etdiyini söyləyir. Yenə də o fikri əminliklə qeyd etmək olar ki, bir qədər sonra məlum olacaq ki, Ə.Kərimli T.Yaqublunu öz siyasi maraqlarının təmin edilməsi xətirinə müdafiə edir. O da aydın olacaq ki, Ə.Kərimli T.Yaqublunu müdafiə etməklə xarici qrant verən təşkilatlardan nə qədərsə maliyyə vəsaiti alıb. Ortada olan sübut və dəlillərə əsaslanmaqla vurğulamaq olar ki, Ə.Kərimli Q.İbadoğlunu, F.Qasımovu səbəbsiz yerə müdaifə etmir. Haqlarında bər-bəzəkli, gəlişi gözəl sözlərdən ibarət olan statuslar paylamır.

Əli Kərimli Q.İbadoğlu, Fazil Qasımov və Anar Əliyevdən istifadə etməyə çalışır

Sosial şəbəkələrdə müxalif məxluqların statuslarına nəzər yetirdikdə məlum olur ki, Əli Kərimli və dəstəsi Türkiyədə Qubad İbadoğluya saxta pul verən və bu baxımdan həbs edilən Fazil Qasımovun "aclıq" aksiya keçirməsindən öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar. Əminliklə demək olar ki, nə Q.İbadoğlunun, nə də F.Qasımovun düşdükləri vəziyyət Ə.Kərimlini və trol dəstəsini narahat etmir. Sadəcə, yuxarıda qeyd etdiyim kimi, özəl siyasi maraqları onu Q.İbadoğlu, Fazil Qasımov və Anar Əliyevin mühakimə olunmalarından istifadə etməyə vadar edir. Fazil Qasımovun "aclıq" aksiyası keçirməsi Q.İbadoğlunu təbii ki, narahat edir. Çünki nə də olmasa dost olublar və qısa müddətə də olsa eyni maraqlara xidmət göstəriblər. Ona görə də, F.Qasımovun sağlamlığına zərər verə biləcək addımlar atması onun vicdanını az da olsa titrədir. "Aclığı" dayandır ", -deyə Q.İbadoğlunun F.Qasımova məktub yazması və ondan israrlı şəkildə xahişlər etməsi məhz vicdanının səsidir. Digər tərəfdən, F.Qasımov məhkəməsində Q.İbadoğlunun prosesə gəlməsini və dindirilməsini tələb ediblər. "Qubad İbadoğlu məhkəməyə gəlməlidir, onun dindirilməsi zəruridir" , - vəkil qeyd edib. Söz yox ki, bu tələb reallığa çevrilərsə, o zaman Q.İbadoğlu məhkəmə qarşısında çıxılmaz vəziyyətə düşə bilər. Yəni, F.Qasımovun tutarlı suallarına cavab verə bilməz və bununla da özünü pis duruma salar. Gözlənilməz situasiyanın aradan qaldırılması üçün Q.İbadoğlu Fazil Qasımovun qardaşı Nazim Qasımov vəkil Bəhruz Bayramovla görüşündə F.Qasımov haqqında xoş sözlər söyləyib. Hətta "qardaşım", - deyə söyləyib. Bir qədər də dərinə gedən Q.İbadoğlu F.Qasımova təriflərdən, bər-bəzəkli ifadələrdən ibarət məktub da ünvanlayıb. Bu azmış kimi Q.İbadoğlu Ə.Kərimliyə və AXCP-dəki troll dəstəsinə F.Qasımov haqqında yazıları və statusları dayandırmağı tələb edib.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə