Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra, ələlxüsus da özünün qərbyönlü kürsu ilə rusları qıcıqlandırdıqdan sonra Ermənistanın Rusiya ilə münasibətlərinin pisləşdiyi göz önündədir. Rəsmi İrəvan ilə Kreml arasında olan münasibətlərin getdikcə daha da pisləşməyə doğru getdiyi də nəzərdən qaça bilməz. Unutmaq lazım deyil ki, ermənilərin davranışlarını, Rusiyaya xəyanətkarcasına arxa çevirləmələrini ruslar həzm edə, bağışlaya bilməyəcəklər və bunun hesabı da sorulacaq. Haylar özləri də fərqindədirlər ki, təhlükəli oyunlar oynamaqdadırlar və ruslarla münasibətləri pozmaqda özlərini çətin duruma saldıqlarını özləri belə etiraf edirlər.
Rusiyanın qıcıqlandırılması bütövlükdə Ermənistan üçün böyük təhlükələrə əsaslı zəmin yaradır
Erməni baş nazir Nikol Paşinyanın və onun hakimiyyət komandasının Qərbə üz tutması ilə, xüsusən də ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına və Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə hesablanan siyasət yürütməsi ilə Ermənistan Rusiyanın regionda ən yaxın müttəfiqi statusunu itirmiş oldu. Bu isə, hər zaman rusların himayəsinə sığınan erməni cəmiyyəti üçün böyük itgi sayılır. Belə görünür ki, çoxdandır apardığı qərbyönümlü siyasəti ilə Ermənistan Rusiyanın himayəsindən məhrumdur və bu da İrəvan üçün istənilən rakursda xoşagəlməz nəticələr vəd edir. Hətta Rusiyanın qıcıqlandırılması bütövlükdə Ermənistan üçün böyük təhlükələrə əsaslı zəmin yaradır, çünki rusların erməni xəyanətlərinə biganə qalacaqlarını təkzib etmək mümkün deyil. Deməli, erməni baş nazirin və onun hakimiyyət komandasının rəhbərliyi altında çoxdandır ki, haylar çox təhlükəli oyunlar oynamaqdadırlar. Belə təhlükəli oyunlar oynadıqları üçün də haylar yuxularını tez-tez qarışdırmalı olurlar. Bəzən hətta rusların onlara hücum edəcəkləri barədə fikir də irəli sürürlər. Hər halda başa düşürlər ki, Ermənistanı qarışdırmaq, darmadağın etmək, ən azından, işğalçı ölkəni daha da acınacaqlı vəziyyətə sürükləmək üçün Rusiyanın hələ də kifayət qədər rıçaqları var və bundan istifadə etmək haylara baha başa gələ bilər.
Paşinyanın və hakimiyyət komandasının təhlükəli sulara baş vurması Ermənistana ucuz başa gəlməyəcək
Ukraynada davam edən müharibə kontekstində də İrəvan Rusiyaya qarşı olduğunu açıq-aşkar göstərdi. Bloger Yuri Podolyakın məhz özünün Telegram kanalında Ermənistanın sovet istehsalı olan silahları Ukraynaya verməsi ilə bağlı yazı dərc etməsi diqqətdən yayına bilməzdi. “Ermənistan rəsmi olaraq Ukraynaya sovet silah növlərini tədarük etməyə başlayıb. Avqustun 28-də Ermənistan hökuməti ilə Avropa Komissiyası arasında imzalanmış müqaviləyə əsasən, İrəvan Gürcüstan limanları vasitəsilə Avropaya 210 milyon avro dəyərində sovet istehsalı olan tanklar və sovet istehsalı olan hava hücumundan müdafiə raketləri üçün sursat ötürəcək. İrəvan həmçinin hava hücumundan müdafiə sistemləri və sovet istehsalı olan 152 mm çaplı silahlar göndərəcək. Onda da Paşinyan yenə bəyan edəcək ki, kimsə ona xəyanət edib... Amma unutmaq lazım deyil ki, bu, 2018-ci ildə hakimiyyətə gələndən bəri onun etdiyi işdir”, deyə Podolyak yazıb. Yəni, deyilir ki, Ermənistan hakimiyyəti özü Rusiya əleyhinə addımlar atır, özü xəyanət edir, amma Kremli xəyanətkarlıqda ittiham edir. Bir sözlə, açıq-aşkar şəkildə görünür ki, Ermənistan təhlükəli sularda üzür və etdiklərinə görə cavab verəcəyi qəyittən təkzib edilə bilməz.
Sözsüz ki, bu infotrmasiyalar Ermənistanın Ukraynaya silah ötürməsi ilə bağlı ilk məlumat hesab olunmur və əlbəttə ki, təkcə bu məlumata istinad da edilmir. Diqqətə çatdıraq ki, hələ 2023-cü ilin noyabrında Rusiya təhlükəsizlik qüvvələrinə bağlı olan və abunəçilərinin sayı 1,2 milyon nəfərdən çox olan Rusiyanın “Rıbar” teleqram kanalı Ermənistanın “Toçka-U” raket komplekslərini Ukraynaya ötürməsi barədə məlumat yayıb. Bu barədə razılaşmaların məhz Armen Qriqoryanın Andrey Ermakla görüşündə və ya daha əvvəl amerikalıların iştirakı ilə əldə oluna bilməsi haqda Rusiya mənbələrində qeyd olunur. Deməli, ruslar ermənilərin xəyanətlərindən çoxdan xəbərdardırlar. Ümumiyyətlə, haylar öz təhlükəli oyunları ilə özlərinin xəyanətkar olduqlarını bir daha göstərmiş oldular və hər halda ruslar bunu daha yaxşı gördülər. Bu isə o deməkdir ki, ruslar ermənilərdən xəyanətkarlıqlarının hesabını mütləq soracaq.
Ermənistanın Kiyevə 200-ə qədər sovet istehsalı olan “Toçka-U” raketini verməsi barədə məlumatlar hələ bir qədər öncə də Rusiyanın bir sıra KİV-lərində qeyd olunurdu. Həmin mətbuat orqanları bildirirdilər ki, İrəvan Qərb silahlarını almaq üçün əldən-ayaqdan gedir və aldığı silahların müqabilində Kiyevə sovet silahlarının köhnə modellərini ötürməkdədir. Deməli, artıq mediada belə çoxdandır vurğulanır ki, Ermənistan davamlı şəkildə Ukraynaya silah göndərir və göndərdiyi silahlar da məhz sovet istehsalı olan silahlardır. Hər halda, bu məlumatlar rusların da diqqətini cəlb edib. Daha dəqiq desək, Kremlin özünün bununla bağlı kifayət qədər məlumatı var və çox güman ki, hayların belə oyunlar oynaması Moskvanı bərk qıcıqlandırıb. Rəsmi İrəvanın, məhz Paşinyanın və onun hakimiyyət komandasının təhlükəli sulara baş vurması heç şübhəsiz ki, Ermənistan üçün ucuz başa gəlməyəcək və buna görə haylar cavab verməli olacaqlar.
Haylardan mütləq şəkildə hesab sorulacaq və həmin günü erməni cəmiyyəti “səbirsizliklə” gözləyir
Xatırladaq ki, sovet istehsalı olan silahlar hələ ötən əsrin sonlarından, daha dəqiq desək, hələ 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi arsenalına daxil olub. Diqqətə çatdıraq ki, hələ o zaman Rusiyanın “Kommersant” qəzeti belə qeyd edirdi ki, bu faktı, yəni, sovet istehsalı olan silahların 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi arsenalına daxil olmasını Rusiya Federasiyasının həmin vaxtkı müdafiə naziri İqor Rodionov da etiraf edib. Rodionov öz etirafları ilə bəyan edib ki, “1994-1996-cı illərdə Rusiya Ermənistana hərbi texnikanı pulsuz ötürüb”. Onu da nəzərə çatdıraq ki, Rusiyaya məxsus olan hərbi texnikanın Ermənistana qeyri-qanuni “tədarükü”, daha doğrusu, qeyri-qanuni “ötürülməsi” ilə bağlı araşdırmanın təşəbbüskarı da MDB ölkələri ilə həmin vaxtkı əməkdaşlıq naziri Aman Tuleyev olub. Hətta Tuleyev tədarükün qeyri-qanuni olmasından və Rusiya büdcəsinə dəymiş külli miqdarda ziyandan bərk hiddətlənib də. Bəli, pulsuz olaraq əldə edilən silahların heç bir itgi hesab edilmədən Ermənistan tərəfindən Ukraynaya verilməsi məhz həmin baxımdan, yəni, pulsuz əldə edildiyi üçün başadüşüləndir. Başa düşülməyən məhz ukraynalılara silah ötürməklə ermənilərin ruslara xəyanətkarlıqlarıdır. Məhz elə başa düşülmədiyinə görə də haylardan mütləq şəkildə hesab sorulacaq və həmin günü erməni cəmiyyəti “səbirsizliklə” gözləyir də. Məhz erməni cəmiyyətində hiss olunan qorxu kompleksinin olması deyilənləri təsdiq edir.
Erməni xəyanətkarlıqların fonunda Ermənistan ciddi problemlərlə üz-üzədir
Sözsüz ki, Ermənistan yenə də Vaşinqtonun və Parisin “xoşuna gəlmək” üçün Ukraynaya silah göndərir. “Xoşuna gəlmək” dedikdə, ilk növbədə ABŞ və Fransadan hərbi dəstək almaq ümidi ilə atılan addımlardan söhbət gedir. Məhz dəstək ümidi ilə haylar sovet və Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini Ukraynaya göndərir. Üstəlik, amerikalıların və fransızların “ürəklərinə yol tapmaq” və istənilən istiqamətdə, istənilən rakursda dərhal da dəstək qazanmaq ümidi ilə Ermənistanın məhz Rusiyanın müttəfiqi olmadığını bəyan edir. “Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı dost xalqdır”, deyə Paşinyanın bəyan etdikləri heç də rəsmi Moskvanın diqqətindən yayına bilməz və haylar üçün də, Paşinyanın özü üçün də bunun “cavabı” mütləq şəkildə olacaq.
Bəli, bu ilin fevralında, Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə İrəvanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını bəyan etməsi təkzibedilməz faktdır və heç də təsadüfi deyil. Bunun təsadüfi olmadığını, Qərbə yaltaqlanmaq üçün rəsmi İrəvanın Rusiyaya xəyanət etdiyini, hayların rusları qərblilərə satdıqlarını Kreml artıq çoxdan qeydə alıb və hər halda “nəzərə almaq” üçün əsaslı dəlil hesab edilə bilər. Deməli, hayların hədəfə çevrilməsi üçün onların oynadıqları təhlükəli oyunlar artıq diqqət mərkəzindədir. Bu isə o deməkdir ki, rusların əllərində olan rıçaqların, eləcə də erməni xəyanətkarlıqların fonunda Ermənistan ciddi problemlərlə üz-üzədir.
“Moskva Ermənistan rəhbərliyinin mövqeyini bilir”, deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyan etməsi isə onu deməyə əsas verir ki, Kreml hər şeydən xəbərdardır. Peskovun reaksiyası həm də ondan xəbər verir ki, Ermənistan baş nazirinin açıqlamaları Moskvada böyük bir rezonans doğurub. Əks halda, bu yekəlikdə reaksiya olmazdı. İstənilən halda Ermənistanın marionet olaraq təhlükəli oyunlara qatılması Kremlin diqqətini cəlb edib və həmin diqqətin təzahürü tezliklə ortaya çıxacaq. Bəli, Paris və Vaşinqtonun böyük oyunlarına alət olmaq üçün Ermənistan əldən-ayaqdan gedir. Onsuz da tarix boyu hansısa oyunlara, ələlxüsus da təhlükəli oyunlara alət olan haylar üçün, Ermənistan üçün belə bir marionet olmaq adi hala, ənənə halına çevrilib, amma bunu artıq rusların erməni ənənəsi kimi qəbul edəcəyi heç də inandırıcı görünmür və bu dəfə Rusiyanın yaradacağı yeni ciddi problemlər haqda proqnoz verməyə kifayət qədər əsas yaradır...
Bütün xəbərlər Facebook səhifəmizdə