"Yeni formalaşdırılacaq parlament öz funksionallığı üzrə ilklərə imza atacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Yeni formalaşdırılacaq parlament öz funksionallığı üzrə ilklərə imza atacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan qarşıdakı dövrdə yeni parlamentlə daha çox nailiyyətlər əldə edə bilər. Bu baxımdan sentyabrın 1-də formalaşacaq parlament Azərbaycanın qazandığı uğurları öz fəaliyyətində təkrarlayacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, sadəcə namizədlərin mövcud resursları, birinin digərindən fərqli olması, təbliğat-təşviqat proseslərində birinin digərindən daha aktiv və daha geniş olmasına imkan verir: "Hesab edirəm ki, Azərbaycanda parlament seçkiləri uğurla keçiriləcək və cənab Prezident İlham Əliyevin qalib Azərbaycanla yeni dövrdə formalaşdıracağı beynəlxalq siyasi-iqtisadi strategiyasının uğurla həyata keçməsinə öz töhfəsini verəcəkdir".

Eldəniz Əmirov sözlərinə belə davam edib: "Hazırda müşahidələrim onu göstərir ki, bütün namizədlər üçün təxmini də olsa bərabər imkanlar yaradılıb. Yeni formalaşdırılacaq parlament öz funksionallığı üzrə ilklərə imza atacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə