46 saylı Sumqayıt beşinci Seçki Dairəsində 6 namizəd mübarizə aparır

Sentyabırın 1-nə təyin edilmiş parlament seçkiləri ilə bağlı 46 saylı Sumqayıt beşinci Seçki Dairəsi üzrə bütün tədbirlər Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Təqvim Planına uyğun həyata keçirilir. SİA xəbər verir ki, bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 46 saylı Sumqayıt Beşinci Dairə Seçki Komissiyasının (DSK) sədri Elgün Hümbətov deyib.

O bildirib ki, dairə üzrə 37 seçki məntəqəsi var və bütün məntəqələr seçkilərə tam hazırdır. Əlavə olaraq 3 müvəqqəti seçki məntəqəsi yaradılacaq. 37 məntəqə üzrə seçicilərin sayı 51 mindən çoxdur. Seçicilərdən 200-dən artığı ilk dəfə səsvermə hüququ qazanmış seçicilərdir.

Sədr qeyd edib ki, dairə üzrə 6 namizəd mübarizə aparır: “Hazırda namizədlərin təşviqat kampaniyası davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə