Namizədlərin mübarizəsində yüksək seçki mədəniyyəti müşahidə edilir - DSK sədri
“67 saylı Sabirabad Seçki Dairəsi sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə tam hazırdır. Dairə üzrə qeydiyyatda olan 53 min 901 seçici 49 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. Səsvermə hüququndan ilk dəfə istifadə edəcək seçicilərin sayı 331-dir. Yaşı 80-100 arasında olan 973 seçici var”. SİA xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 67 saylı Dairə Seçki Komissiyasının (DSK) sədri Məstalı Nuriyev deyib.
DSK sədri bildirib ki, dairə üzrə 9 namizəd qeydə alınıb: “Namizədlərin seçkiqabağı təşviqatı üçün bərabər şərait yaradılıb. Hər bir namizəd öz təşviqat materiallarını məntəqələrin ərazisində quraşdırılmış lövhələrdə yerləşdirə, o cümlədən, qapalı və açıq yerlərdə seçicilərlə görüşə bilir. Namizədlərin mübarizəsi yüksək seçki mədəniyyəti ilə müşahidə edilir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri dairə üzrə seçkiyə hazırlıq prosesini izləyib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB