İran-İsrail münaqişəsi nə vaxt bitəcək? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

İran-İsrail münaqişəsi nə vaxt bitəcək? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Həmasın lideri olan İsmayil Haniyənin Tehranda öldürülməsindən sonra İsraillə İran arasında vəziyyət ən kəskin şəkildə özünü biruzə verir. Belə ki, İran tərəfi iddia edir ki, Həmas liderinin öldürülməsi Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən həyata keçirilib". Bu fikirləri SİA-ya açıqlamasında Anar İskəndərov bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki olan vəziyyət kəskin bir şəkil alıb: "İran bölgə dövlətidir, Azərbaycanla sərhəddir və təbii ki, Azərbaycan tərəfi də baş verən hadisələri diqqətlə izləyir. Eyni zamanda İsrail dövləti də Azərbaycanla səmimi və strateji əlaqələri olan bir dövlətdir. İsraillə İranın arasında olan münasibətlərin kəskinləşməsi və hətta müharibə həddinə çatması təbii ki, Azərbaycanın narahatçılığına səbəb olur. Təbii ki Azərbaycan da bölgədə əmin-amanlığın tərəfdarıdır, sülhün tərəfdarıdır və qonşu dövlətlər arasında münasibətlərin son nəticədə müharibə şəklində baş verməsini istəmir və bunun əleyhinədir.

Amma dünyada baş verən hadisələr İranın uzun illər boyu qərb dövlətləri tərəfindən blokadada saxlanılması, İranın nüvə silahına cəhd göstərməsi, nüvə silahı istehsalı ilə bağlı Qərb dövlətləri ilə bağlı olan narazılıq və s. iki cəbhə yaratmışdı. Bu cəbhədə də bir tərəfdən İsrail və İsrailin ətrafında olan Qərb dövlətləri, o biri tərəfdə isə İran və təbii ki İranın ətrafında olan Suriya dövlətidir.

Bütün bunlar onu göstərir ki, bölgədə ağır bir durum var. Amma bu ağır durumu aradan qaldırmaq üçün cəhdlər də göstərilməlidir. Azərbaycan Qoşulmama Hərəkatı dövlətlərindən biri olaraq dünyanın hər yerində və Cənubi Qafqazda - öz bölgəmizdə, Yaxın Şərqdə sülhün tərəfdarıdır, ədalətin tərəfdarıdır və bir dövlətin başqa dövlətə təcavüzünü həmişə pisləyib, bugün də pisləyir. Eyni zamanda Azərbaycan bölgədə əmin-amanlıq olsun deyə Ermənistanla sülh müqaviləsi imzalamaq üçün demək olar ki, hər cəhdləri göstərir və Ermənistan tərəfindən də cavab gözləyir".

Müəllif: Günay Pənahova

Bütün xəbərlər Facebook səhifəmizdə