Haylar üçün ÇOX TƏHLÜKƏLİ “DÖNÜŞ” – TƏHLİL

Haylar üçün ÇOX TƏHLÜKƏLİ “DÖNÜŞ” – TƏHLİL

Ermənistanın ardıcıl olaraq Rusiyadan uzaqlaşma və Qərblə yaxınlaşma siyasəti heç də yaxşı nəticələr vəd etmir və bunu erməni əsilli politoloqlar da artıq bir müddətdir ki, etiraf edirlər. Sözsüz ki, rəsmi İrəvanın bu zamana qədər sığındığı Moskvanı deyil, məhz Qərbi seçməsi böyük qardaş saydıqları ruslar üçün xəyanət hesab olunur və bağışlanacaqlarını bundan sonra heç ağıllarına da gətirə bilməzlər. Çünki belə bir “dönüşün” bütövlükdə haylar üçün, Ermənistan dövləti üçün çox “böyük” nəticələrinin olacağını ermənilər artıq Gürcüstan və Ukrayna təcrübəsindən də görüblər. Əgər görüblərsə, başa düşməlidirlər ki, Ermənistanın Qərbə üz tutması və Rusiyadan üz döndərməsi çox təhlükəli bir “dönüş” sayılır.

Rusları günahkar bilmələri ilə, uğursuzluqlarında, məğlubiyyətlərində günahı Rusiyanın üzərinə atmaları ilə böyük səhvə yol verirlər

Çoxdandır erməni cəmiyyətində belə bir fikir formalaşdırılıb ki, guya Rusiya hansısa lazım olan zamanda Ermənistana dəstək olmayıb və rəsmi İrəvan buna görə də Kremldən imtina edib. Əslində isə, bunların ağ yalan olduğunu haylar özləri də, onların başbilənləri də yaxşı bilirlər. Yaxşı bilirlər ki, əvvəla, Ermənistanın hansısa addımı atdığı zaman, ələlxüsus da işğalçılıq siyasətini yürütdüyü zaman Rusiyaya güvənməsi heç bir məntiqə sığışan deyil. Sual oluna bilər ki, nəyə görə ruslar məhz ermənilərin işğalçılıq siyasətini, işğalçı addımlarını, terrorçuluğu, separatçılığı dəstəkləməlidirlər? Daha dəqiq desək, niyə ermənilər torpaqları zəbt etdikləri halda, soyqırımlar törətdikləri halda, mina terroru həyata keçirdiklərində ruslara güvənməli idilər? Məgər addımları hansısa normalara sığışırdımı ki, onlar dəstəklənsin də? Hayların qanuna zidd addımlarının dəstəklənməsinə zəmanətmi verilməli idi? Hansı zəmanət verilə bilər və ümumiyyətlə, söhbət hansı zəmanətlərdən gedir? Bəlkə Rusiya bunlara nə zamansa, hansısa zəmanəti verib və 1994-cü il atəşkəsdən sonra yaranmış status-kvonu dondurmaq niyyətlərində olan ermənilərə dəstək olacağına ümumiyyətlə, zəmanət veribmi? Qətiyyən belə bir zəmanət verilməyib və heç verilə də bilməz, çünki heç bir məntiqə belə uyğun gəlmir, baxmayaraq ki, ermənilər öz çürük məntiqləri ilə bunu hansısa şəkildə ortaya atırlar.

Digər tərəfdən də axı hayların davranışlarını kim proqnozlaşdıra bilər? Onların istənilən anda hansı istəklərinin, hansı xəyallarının peyda olacağını kim deyə bilər və hansısa qanunsuzluqlara əl atmayacaqlarına zəmanət vermək olarmı? Qətiyyən olmaz və bunu ruslar da yaxşı bilirlər. Həm də axı hayların davranışlarından asılı olmayaraq, onların nankorluğu fonunda ruslar yenə də onlara dəstək olmalıdırlarmı? Bəlkə borcludurlar? Yaxud, haylar niyə elə hesab etməlidirlər ki, ruslar onlara dəstək olmalıdırlar? Ələlxüsus da ermənilərin xəyanətkarlıqları fonunda bunu gözləmək nə dərəcədə doğrudur? Axı illərdir ruslar ermənilərə qandırmağa çalışıdılar və bəyan edirdilər ki, Dağlıq Qarabağda status-kvonun əbədiləşdirilməsi mümkün deyil. Kreml çoxdandır ki, bu mesajı ermənilərə həm dolayı, həm də birbaşa şəkildə ötürürdü. Görünür, haylar bunu ya hesaba almayıblar, ya da özlərini bilməməzliyə vurublar. İstənilən halda uduzan özləri olublar və indi rusları günahkar bilmələri, yaxud da, uğursuzluqlarında, məğlubiyyətlərində günahı Rusiyanın üzərinə atmaqda böyük səhvə yol verirlər. Ümumiyyətlə, ruslardan, Rusiyadan üz döndərməkdə çox təhlükəli “dönüş” etmiş olurlar və bunun onlara baha başa gələcəyini özləri də yaxşı bilirlər.

İşğalçılıq siyasətinə alət olmaq kimi bir maraq ola bilməz və hansısa dəstəkdən söhbətin belə getməsi ağılsızlıqdır

Məsələ burasındadır ki, hayların bu qədər nankorluqları, bu qədər xəyanətkarlıqları fonunda yenə də ruslar onları 2020-ci ildə böyük fəlakətdən xilas etdilər. Öz nankonluq ənənələrinə sadiq qalan ermənilər əslində, etiraf etməli idilər ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi məqamda Rusiya məhz müharibənin dayandırılması, danışıqların aparılması təklifi ilə çıxış etməklə, bütövlükdə Ermənistanın taleyini həll etmiş oldu. İndi haylardan soruşula bilər ki, bunu da görmədilərmi? Sual oluna bilər ki, əgər Rusiya işə qarışmasaydı, müharibənin dayandırılması və danışıqlar aparılması təşəbbüsü ilə çıxış etməsəydi, üçtərəfli danışıqlar olmasaydı Ermənistanın vəziyyətinin necə olacağını təsəvvür edirlərmi? Ümumiyyətlə, bunu, ölkələrinin qarşılaşmalı olacağı fəlakəti təsəvvür edənlər həmin fəlakətin qarşısını alanları qınamaqda nə dərəcədə nankorluq etdiklərinin fərqidədirlərmi?

Ola bilsin ki, haylar nəinsə fərqində olmadıqlarını və rusların onlara etdiklərini anlamadıqlarını, dəyərləndirmədiklərini də başa düşmürlər. Amma ruslar hər şeyi çox yaxşı başa düşürlər və bilirlər ki, onların etdiklərinə dəyər verməyən ermənilər çox nankor və xaindirlər. Başa düşürlər ki, müharibədən əvvəl onlara edilən təklifləri, məsələn, 5 rayonun qaytarılması kimi bir təklifi düzgün dəyərləndirməyənlərin bundan sonra da nəyi isə dəyərləndirəcəyinə ümid etməyə dəyməz. Bilirlər ki, danışıqlar zamanı ermənilərə nəyi isə başa salmağa çalışdıqlarında buna nail ola bilmədikləri kimi, bundan sonra da onları qandırmaqda çətinlik çəkə bilərlər və ümumiyyətlə, bu, mümkünsüz olar. Hər halda, Rusiyanın məhz Ermənistanın işğalçılıq siyasətinə alət olması kimi bir marağı ola bilməz və beləliklə də hansısa dəstəkdən söhbətin belə getməsi ağılsızlıqdır.

Ermənilər üçün siqnal hesab olunan məqamlar çox olub və təhlükəli “dönüş” haylara çox baha başa gələ bilər

Sözsüz ki, Rusiyanın ermənilərə, Ermənistana şərtsiz, heç bir əsas olmadan dəstək verməsində qətiyyən maraqlı olmadığını başa düşmək üçün böyük politologiya biliyinə ehtiyac yoxdur. Azacıq ağıl sahibi olan hansısa erməni belə başa düşür ki, hər halda, yeni Ukrayna və ya Gürcüstan yaratmaq kimi bir niyyətin də olmadığı təkzib edilə bilməz. Məsələn, ABŞ-ın Lihay Universitetinin beynəlxalq əlaqələr üzrə dosenti, erməni əsilli politoloq Arman Qriqoryan belə açıq şəkildə etiraf edir ki, ermənilər üçün siqnal hesab olunan məqamlar çox olub. O, qeyd edir ki, Rusiyanın son zamanlar Türkiyə ilə yaxınlaşması da ermənilər üçün, Ermənistan üçün siqnal olmalı idi. Görünən odur ki, ermənilərin bunu dərk etməməsini Qriqoryan öz cəmiyyətinə çatdırmaq istəyir. Həm də yanlış addımlar atılmasının, Rusiyadan üz döndərilməsinin, “dönüş” etmək niyyəti ilə səhvə yol verilməsinin nə demək olduğunu çatdırmaq fikri ilə bəzi məqamları xatırlatmağa çalışır. Politoloq Arman Qriqoryan xüsusilə vurğulayır ki, Dağlıq Qarabağda status-kvonun dondurulmasında Rusiyadan qeyd-şərtsiz dəstək gözləmək çox böyük axmaqlıq olub. Dolayısı ilə diqqətə çatdırmağa çalışır ki, hansısa dəstək gözləmək və bunu almamağa görə Qərbə üz tutmaq, ruslardan üz döndərmək axmaqlıqdır.

İndi ermənilər bu dəfə də Qərbin dəstəyini gözləyirlər və bu dəfə də belə axmaqlıq etməklə və Rusiyadan üz döndərməklə, daha təhlükəli “dönüş” edirlər. Əvvəla ona görə ki, Qərbə güvənməkdə yanlışlığa yol verirlər, çünki onlara silah-sursat verilsə də, döyüşə, müharibəyə şirnikləndirilsələr də onların əvəzində heç kim döyüşməyəcək, bununla da özləri yenə fəlakətlə qarşılaşmalı olacaqlar. Yenə də özləri-özlərini tələfata, itgilərə sürükləyəcəklər və yenə də erməni cəmiyyəti böyük bəla ilə qarşılaşmalı olacaq. Digər tərəfdən də axı Rusiya onların nankorluqlarını unudan, “dönüş” etmələrini nəzərdən qaçıran deyil və ermənilərin bu nankorluğuna görə bütövlükdə Ermənistan cəmiyyəti çavab verməli olacaq. Hər halda, haylar özləri də bilirlər ki, Kremlin məhz Ermənistanda kifayət qədər rıçaqları var və ruslar da tamamilə başqa “dönüş” yarada bilərlər. Sözsüz ki, belə bir “dönüş” də haylara çox baha başa gələ bilər. Yəqin ki, hər dəfə məhz Lavrovun, Zaxarovanın timsalında Rusiya rəsmilərinin nəyə ehyam vurulduqlarını da ermənilər başa düşə bilirlər. Çox güman ki, həmin ehyamların bir zaman hansısa təhlükələr vəd etdiyini də dərk etmək gərəkir. Əks halda, Ermənistanın nə ilə qarşılaşacağını, hansı fəlakətlərlə üzləşəcəyini, “dönüş” deyə düşündüklərinin hansı miqyasda bir bəlaya aparıb çıxardığını gözləri ilə görməli olacaqlar...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə