Komitə sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Komitə sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun avqustun 6-da keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə SİA-ya Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin sədri avqustun 12-də Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Görüş saat 10:00-da Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala regional bölməsinə (əlaqə vasitələri: (024) 225 32 23, (055) 633 15 07, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə