Məişət zorakılığına qarşı monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydası təsdiqlənib

“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, bələdiyyələrə və nizamnamələrinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinə dəstək göstərilməsi tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə