“Azərbaycan müstəmləkəçiliyin bütün təzahürlərinə qarşı mübarizə aparır“ - ŞƏRH OLUNDU
“Azərbaycan Fransanın müstəmləkəçiliyinə qarşı qlobal mübarizənin lideri qismində çıxış edir. Dünyanın böyük güc mərkəzləri Fransanın, Hollandiyanın müstəmləkələrində baş verən ədalətsizliklərə göz yumurlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, neokolonolizmin özünün 21-ci əsrdə davam etdirilməsi beynəlxalq hüquq baxımından qəbul edilməz hadisədir: “Əlbəttə ki, Bakıda beynəlxalq azadlıq cəbhəsinin yaradılması Azərbaycanın uzun müddətdir neomüstəmləkəçiliyə qarşı mübarizədə əldə etdiyi uğurları bir daha ehtiva etmiş olur. Azərbaycan müstəmləkəçiliyin bütün təzahürlərinə qarşı mübarizə aparır. Bu formada da istər Qoşulmama Hərəkatının sədri olduğu dövrdə, istərsə də sonrakı dövrdə prosesin liderin qismində iştirak edib.
Azərbaycanın müstəmləkəçiliyin bütün təzahürlərinə və formalarına qarşı açıq mübarizə aparması, beynəlxalq platformalarda bu məsələyə qarşı həssas və kəskin mövqe göstərməsi Fransa başda olmaq üzrə Qərbin bir çox dairələrini ciddi formada narahat edir. Hazırda dünyada bu məsələ ilə bağlı narahatlığını bildirib, əməli addım atan yeganə ölkə də Azərbaycandır”.
Bütün xəbərlər Facebook səhifəmizdə