Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim olunacaq

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim olunacaq. SİA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Sənədə əsasən, ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə veriləcək.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim ediləcək (əldə ediləcək). Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə