Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqazdakı ən böyük problemi aradan qaldıracaq - Cevdet Yılmaz

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazdakı ən böyük problemi aradan qaldıracaq. SİA xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

“Sülh nəqliyyat, kommunikasiya xətlərinin açılmasına, bu da öz növbəsində regional əməkdaşlığın artmasına böyük töhfə verəcək, özü ilə yeni fürsətlər gətirəcək”, - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə