"VII çağırış qarşıya qoyulmuş bütün məqsədlərin reallaşması baxımından əhəmiyyətli olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"1 sentyabr seçkiləri dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr ishalatlarının daha da sürətləndirilməsi, bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına hədəflənib". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, məlumdur ki, ölkədə son 4 ildə ciddi islahatlar aparıldı: "Deyə bilərəm ki, Azərbaycan dövlətçilik tarixinin ən əlamətdar hadisələri məhz 2020-2024 cü illərdə baş verdi. Məhz bu prosesin tamamlanması da sentyabrda baş tutacaq seçkilərlə olacaqdır.

İyunun 27-də Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini Konstitusiyaya uyğun hesab edib. İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb. Cümə günü Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam verdi.

Təbii ki, VI çağırış Milli Məclis tarixində yeni bir cığır açdı. VII çağırış qarşıya qoyulmuş bütün məqsədlərin reallaşması və qanunverici hakimiyyətin öz fəaliyyətini bütövləşdirməsi baxımdan əhəmiyyətli olacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə