“Azərbaycan və ŞƏT əməlkdaşlığının inkişafında böyük perspektivlər mövcuddur“ - DEPUTAT ŞƏRH ETDİ

“Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə görüşündə ölkəmizin iştirakı bu təşkilata daxil ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyədə oluğunun göstəricidir. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Çin, Türkiyə, Pakistan, Qazaxıstan prezidentləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu görüşlərdə dövlət başçımız ölkələrarası münasibətlərin inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələr aparacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın ŞƏT ilə əməkdaşlığının inkişaf etdirilməsində böyük perspektivlər mövcuddur: “Çünki Azərbaycanın ərsəyə gəridiyi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ŞƏT ölkələri üçün nəqliyyat logistik daşımaların həyata keçirilməsində yeni imkanlar yaradır. Belə ki, BTQ dəmir yolunun yük buraxma gücü 5 milyon tona çatdırılması və Zəngəzur dəhlizinin açılması ŞƏT ölkələrə Avropa ölkələri ilə daşımaların həyata keçiriklməsində yeni bir səhifə açır. Həm də ölkəmizin ŞƏT-də müşahidəçi statusun verilməsi məsələsi müzakirə olunacaq”.

A.Badamov sözlərinə belə davam edib: “Azərbaycanın ŞƏT ilə əməkdaşlığı hər iki tərəfin maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, eksterimizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə etməklə dövlətlərarası münasibətləri möhkəmləndirir. Prezident İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasi kursu sayəsində Azərbaycan müxtəlif beynalxalq platformalarda iştirak edən nüfuzlu tərəfdaşa çevrilmişdir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə