Azərbaycan Belarusu milli bayramı münasibətilə təbrik edib

Azərbaycanın Minskdəki səfirliyi Belarusu Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, təbrik diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.

“Belarusu milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Dost Belarusa əbədi sülh, firavanlıq və dinamik inkişaf arzulayırıq”, - o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə