Niyə dağıdıcı müxalifət yanacağın qiymətinin aşağı salınmasından danışmır? - ANALİZ

İnkişaf, demokratik dəyişikliklər cəmiyyətin inkişaf dinamikasına uyğun qurulur və həyata keçirilir. Əminliklə demək olar ki, Azərbaycan o dövlətlərdəndir ki, bütün sahələr üzrə böyük iqtisadi, siyasi, hərbi uğurlara imza atıb, hüquqi, demokratik cəmiyyət quruculuğunda nümunəvi model ortaya qoyub. İnsanların daha yaxşı, firavan yaşaması üçün geniş miqyaslı sosial, iqtisadi siyasət həyata keçirilir. Dövrün tələbinə uyğun olaraq aylıq məvaciblər, təqaüdlər, pensiyalar artırılır. Təbii ki, buna müvafiq olaraq bir sıra sahələr üzrə qiymətlərin tənzimlənməsi də baş verir. Yəni işığın, qazın, suyun, benzinin və dizelin qiymətinin tənzimlənməsi, nəqliyyat da gediş haqlarına yenidən baxılması və ya aviabiletlər də dəyişikliklərin olması gözləniləndir. Qida məhsullarında və sənaye mallarında qiymətlərin artması və ya aşağı salınması təbii proses olaraq qiymətləndirilir. Ümumilikdə bu kimi hallar bütün dünya ölkələrin də qeydə alınır. ABŞ-da və Avropa da mütəmadi olaraq kommunal xərclər artırılır. Elə uzağa getməyək, qardaş Türkiyə də qazın, işığın, suyun qiyməti son bir ilə ərzində 3 dəfə artırılıb. Gürcüstanda 2024-cü il də iki dəfə bahalaşma halları baş verib. Bu baxımdan benzinin və dizelin pərakəndə qiyməti Azərbaycandakından 3 dəfə bahadır. Söz yox ki, qonşu dövlətlərdə yanacağın qiymətinin Azərbaycandakından qat-qat baha olması ölkəmizdən benzinin və dizelin daşınmasına yol açır. Həm də maaşların, təqaüdlərin artırılması fonunda ucuz Azərbaycan yanacağının qonşu dövlətlərə daşınması ölkəmizin iqtisadi, sosial həyatında ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də, yanacağın və digər sahələrdə qiymətlərin tənzimlənməsinə ehtiyac var. Azərbaycan dövləti məhz iqtisadi, sosial sistemdə qüsurların yaranmaması üçün müəyyən zamanlarda qiymətlərə yenidən baxmaq zərurətində qalır. Ötən gün benzinin və dizelin, Bərk Məişət Tullantılarının yığılması, daşınması və zərərsizləşdirməsi xidmətlərinə dair, Ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin tarifinə dair, Dərman vasitələrinin qiymətinə dair və nəqliyyat da gediş haqqının cüzi olaraq artırılması vacib zərurətdən irəli gələn tələb olub. Nəzərə almaq lazımdır ki, Bərk Məişət Tullantılarının yığılması, daşınması və zərərsizləşdirməsi xidmətləri üzrə tariflərə dair tariflərə sonuncu dəfə 13 il əvvəl - Tarif Şurasının 24.11.2011-ci il tarixli qərarı ilə müəyyən olunmuşdu. Bu 13 il ərzində ölkədə tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənib, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi üçün konteynerlər yerləşdirilib.

Tarif dəyişikliyinin cüzi olması - əhali üzrə 1 nəfərin aylıq xərci cəmi 70 qəpik artacaq

Tarif dəyişikliyinin cüzi olması - əhali üzrə 1 nəfərin aylıq xərci cəmi 70 qəpik artacaq. Digər ölkələrdə bu sahədə tariflərlə müqayisə aparaq. Məsələn, əhali qrupu üzrə Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr, qeyri-əhali qrupu üzrə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir. Yanacağın keyfiyyətində dəyişikliklərin olması ekaloji mühitin sağlamlaşmasına mühüm imkanlar yaradacaq. Nəzərə lamaq lazımdır ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir. Digər tərəfdən ölkəmizdən fərli olaraq əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun. Aİ-da benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq. Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan "Avro-5" müasir standartlara uyğun hesab edilir. Ekoloji tələblər nəzərə alınaraq Azərbaycanda "Avro-5" ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. "Avro-5" standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır. Söz yox ki, qiymət dəyişikliyi yanacağa qənaət edən hibrid, elektrik və CNG (sıxılmış təbii qaz) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Həm də yanacağın keyfiyyətinin yüksəldilməsi nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldacaq.

Məhsulların Avro-5 standartlarına çatdırılmasından məkrli qüvvələr narahat olub

Bəzi fürsətçil məkrli qüvvələr qiymətlərdə müəyyən dəyişikliklərin olmasından istifadə etməyə çalışırlar. Xüsusilə də dağıdıcı müxalifət və xaricdəki antimilli qüvvələr bu məsələdən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir. AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Fuad Qəhrəmanlı, İlham Hüseyn və xaricdə oturub ermənin diasporasının qazanın dibini yalayan antimilli ünsürlər qiymətlərin tənzimlənməsini az qala milli faciə kimi təqdim etməyə çalışırlar. Sanki bu ünsürlər sərsəm fikirlər səsləndirmək yarışına girişiblər. Yaratdıqları internet TV-lərdən pozucu və zəhəri fikirlərini ara vermədən, fasiləyə imkan vermədən səsləndirirlər. Əli Kərimli qiymət dəyişikliyini sentyabrın 1-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri ilə əlaqələndirir. Həm də başından zorba-zorba fikirlər səsləndirərək iddia edir ki, Azərbaycanda gerçək seçki, azad rəqabət mühiti olsaydı, seçki kampaniyası dövründə benzin və dizel yanacağının, nəqliyyatda gedişhaqqının artırılması baş verməzdi. ABŞ-ın qaranlıq dairələrinin əlaltısı Sevinc Osmanqızı isə ənənəvi ampluasına uyğun olaraq bildirir ki, qiymətlərin tənzimlənməsi noyabrda baş tutacaq COP29-la bağlıdır. Trol Sadıqlı, F.Qəhrəmanlı, Erkin Qədirli və digərləri də qiymət dəyişikliyini özlərinin dayaz düşüncələrinə uyğun şərh edirlər. Lakin anlamırlar ki, hər bir islahat və dəyişiklik dövrün tələbi, günün reallığıdır. Proseslər zamanında həyata keçirilməsə ümumxalq maraqlar zərbə altında qala bilər. Bunu qanmırlarsa deməli onların fəaliyyəti ancaq qərəz üzərində qurulub. Əgər həqiqətən də müstəqildirlərsə və öz sözlərini deyə bilirlərsə o zaman Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 2 manatdan 1 manat 60 qəpiqə qədər aşağı salınmasından niyə danışmırlar? Görünür bunu dilə gətirmək onların marağı daxilində deyil. Halbuki, Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlər nəticəsində istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir. Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub. Bu real nəticələrdən sonra dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin qiymət dəyişikliyindən öz maraqları üçün istifadə etməyə çalışır onlar üçün siyasətin çirkİn xarakter aldığının göstərir. Əminəm ki, belə çirkin yolda olanlar elə çirkin bataqlıqda batıb, məhv olacaqlar.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə