Çin və Filippin razılığa gəliblər

Çin və Filippin rəsmiləri Cənubi Çin dənizinin mübahisəli bölgəsində iki ölkə arasında son vaxtlar artan gərginliyin azaldılması ilə bağlı konsensusa gəliblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, dünən Filippinin paytaxtı Manilada Çin-Filippin İkitərəfli Məşvərət Mexanizminin 9-cu iclası keçirilib.

Filippin Xarici İşlər Nazirliyinin müşaviri Tereza Lazaro və Çin xarici işlər nazirinin müavini Çin Xiadonqun həmsədrliyi ilə keçirilən görüşdə tərəflər Cənubi Çin dənizində, xüsusən də sürtünmələrin yaşandığı İkinci Tomas Şolda gərginliyin azaldılmasına dair razılığa gəliblər. Tərəflər Cənubi Çin dənizində sülh və sabitliyin qorunmasının həm Çin, həm də Filippinin maraqları və region ölkələrinin ümumi məqsədi olduğunu vurğulayaraq, mübahisələrə və fikir ayrılıqlarına nəzarət etmək üçün dialoq və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyinə işarə ediblər.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə