Ölkə ərazisinin bəzi yerlərində sürüşmə və çökmə prosesləri qeydə alınıb

Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Bunu SİA-ya Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib. O qeyd edib ki, yağan yağışlardan sonra şimal bölgəsində, Xınalıq kəndindən 2 kilometr şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci kilometrdə sürüşmə və çökmə prosesləri qeydə alınıb.

“Hazırda agentliyin əməkdaşları tərəfindən sözügedən ərazilərdə araşdırma və monitorinqlər davam etdirilir”, - deyə Ə.Əliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə