Ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 34 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ümumilikdə nazirliyin qüvvələri ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfəri xilas edib, 2 nəfərin cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə