Volçansk yaxınlığındakı rus əsgərləri Putinə xilas üçün yalvarırlar...

...Xarkov vilayətində Volçanska növbəti uğursuz hücumdan sağ çıxan 1009-cu alayın rus əsgərləri Vladimir Putindən kömək diləyirlər.

SİA “Kanal 24”-ə istinadən xəbər verir ki, onlar əsgərlərin Ukrayna hədəflərinə hücumu davam etdirməyə məcbur edilməsindən hiddətləniblər.

Rusiya hərbçilərinin bildirdiyinə görə, işğalçı ordu komandanlığı əsgərlərin fiziki və mənəvi vəziyyətinə məhəl qoymadan, öz döyüşçülərinin şəxsi heyətinin itkilərini tamamilə nəzərə almayaraq, onları qondarma “ət hücumlarına” sürükləyirlər.

...Mən Yevgeni Valetovam. Bu mənim qardaşım İqor Valetovdur. Dünən Volçanska tufan etməyə getdik. Hücumda heç nə alınmadı. Xeyli yoldaşlarımız yaralandı. Bir-neçəsi isə qaçdı. Onların sonrakı taleyini bilmirəm. Ola bilsin ki, yaralanıb, bəlkə də ölüblər.

Onlardan birinin dediyinə görə, o və qardaşı da xəsarət alıb, özlərinə ilkin tibbi yardım göstərib və meşəyə çıxıblar. Lakin komandir açıq şəkildə buna onların gözlədiyi şəkildə reaksiya verməyib.

Onlara sabah yenə də bu binaya hücum edəcəklərini bildirib. Rus əsgərləri ümidsizdirlər və təbii ki, bu əmri bəyənməyiblər, çünki “hər şey ağrıyır və yaralanırlar, gücsüzdürlər”.

...Mən hərbi prokurorluğa, Rusiya prezidentinə müraciət edirəm, lütfən, işə qarışın. Bu məsələni həll edin. Bütün yaralı və yorğun adamları niyə döyüşə göndərirlər? Onları ölümə göndərmək asandır.

Rus əsgərinin sözləridir bu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə