Bakıda yeni marşrut xətti istifadəyə verildi

"BakuBus" MMC 140E nömrəli yeni müntəzəm marşrut xəttini istifadəyə verib. SİA şirkətə istinadən xəbər verir ki, avtobuslar 10 dəqiqə intervalla "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzi ilə paytaxtın Şüvəlan qəsəbəsi arasında hərəkət edəcəklər.

Gediş haqqı 80 qəpikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə