Bayden Netanyahu ilə iyulun sonunda görüş keçirəcək

ABŞ Prezidenti Co Bayden iyulun sonunda Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək. SİA xəbər verir ki, bu barədə “Reuters“ Ağ Evdəki mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, bu görüş Netanyahunun Vaşinqtona səfəri çərçivəsində baş tutacaq. Səfər fonunda iyulun 24-də İsrail Baş nazirinin ABŞ Konqresində çıxış edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə