İndoneziyada vulkandan lava axıb

İndoneziyada vulkandan lava axıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyanın Java adasında yerləşən ölkənin ən aktiv vulkanı olan Merapi vulkanında davam edən vulkanik fəaliyyət nəticəsində kül buludları və lava axınları əmələ gəlib.

Bildirilib ki, 3 saat davam edən və dəniz səviyyəsindən 2968 metr yüksəklikdə olan Merapi dağında maksimum atma məsafəsi 1600 metr olan 13 közərmə lava axını baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə