Əmlak alıcıları üçün özəl hüquqi xidmət sahəsinin hansı əhəmiyyəti var? - AYDINLIQ GƏTİRİLDİ

"Təkcə əmlak məsələləri ilə bağlı deyil, bütün sahələrdə hesab edirəm ki, vətəndaşlar, istehlakçılar, insanlarımız həmin sahənin hüquqi istiqamətləri, orada xidmət keyfiyyətinin artırılması məqsədilə hüquqi istiqamətləri ilə bağlı məlumatlı olmalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, insanlar bu cür vicdanlı hüquqi yardım almağa çalışmalıdırlar: "Bu yalnız işin keyfiyyətinin artmasına gətirib çıxara bilər. Bir daha qeyd edirəm ki, təqdim olunan xidmətlərin keyfiyyəti və qanunun tələblərinə uyğunluğu burada vacib faktorlardan biridir. Eyni zamanda, təbii ki, insan faktoru var. Hər şey vicdanla, dəqiq, dürüst yerinə yetirilməlidir. Hesab edirəm ki, bu cür təşəbbüslər dəstəklənməlidir. Çünki biz dəfələrlə demişik ki, vətəndaşlarımız vasitəçilik xidmətlərinə digər buna oxşar xidmətlərə kifayət qədər böyük pullar xərcləyirlər, amma hüquqi xidmətin alınmasına, hansı ki, gələcəkdə onları müəyyən risklərdən qoruyur, onlara müəyyən hüquqi təminat tanıyır və sair, onlardan qaçırlar. Hesab edirəm ki, belə olmamalıdır.

Bu mənada düşünürəm ki, təbii ki, Daşınmaz əmlak üzrə hüquq və ekspert xidmətləri mərkəzi" MMC daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirilməsi, bu cür xidmətlərin təklif olunması, eyni zamanda bu cür xidmətlərin aparılması, vətəndaşlar tərəfindən alınması zənnimcə tədricən daha da populyarlaşmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə