Dağıstanda niqab taxmağa qadağa qoyuldu

Dağıstanda niqab taxmağa müvəqqəti qadağa elan edilib. SİA xəbər verir ki, bu barədə Dağıstan Müftiliyindən bildirilib.

"Dünən mətbuatda fətva şöbəsinin rəyi tam düzgün şərh edilməyib. Müfti, Milli Siyasət və Dini İşlər Nazirliyinin respublika əhalisi üçün mövcud təhlükəsizlik təhdidləri barədə məlumat verən müraciətinə istinadən və fətvalar şöbəsinin səlahiyyətli rəyi əsasında dünən müəyyən edilmiş təhdidlər aradan qaldırılana və yeni teoloji nəticəyə qədər niqab taxmağa müvəqqəti qadağa qoyulduğunu elan edir", - deyə müftilik nümayəndəsi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə